Bakıda evdən 5000 manatlıq oğurluq olub
22:55 – 17 Mart, 2017

Bakıda mənzildən pul və xeyli qızıl-zinət əşyaları oğurlanıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Mir Cəlal küçəsindəki 127 saylı binanın 80-ci mənzilində yaşayan Nicat Kərimovun sözlərinə görə, rayonlardan birində işlədiyindən, həftənin iş günləri Bakıda olmur. Oğurluq da bu ərəfədə törədilib. Zərərçəkən bildirib ki, oğurluq barədə Bakıya qayıtdıqda xəbər tutub:

 

“Girəndə gördüm ki, ev dağınıqdır. Oğurluq edildiyini bildim və dərhal polisə məlumat verdim”.

 

Naməlum şəxs və ya şəxslər mənzilə pəncərədən daxil olublar. Oğrular əvvəlcə qonaq otağında pul axtarışına başlayıblar. Orda heç nə tapmadıqda axtarışı yataq otağında davam etdiriblər:

 

“200 manat və 200 dollara yaxın pulu götürüblər. Sonra qızılları saxladığımız rəfi açıblar. Oradan bir ədəd brilyant dəsti, bir ədəd brilyant üzük və bir ədəd qızıl sırğa götürüblər”.

 

Ev sahibi Nicat Kərimovun təxmini hesablamalarına görə, ona 5000 manata yaxın ziyan vurulub.

 

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində olublar. Mənzildən əl-barmaq izləri götürülüb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.

 

X

XƏBƏRLƏR
BÖYÜT