Şirvanda 15 yaşlı yeniyetməni maşın vurub
04:28 – 18 Mart, 2017

Şirvan şəhərində 15 yaşlı yeniyetməni maşın vurub. Hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Şirvan şəhər sakini, 34 yaşlı Ramin Ağakərim oğlu Rzayev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən 15 yaşlı Seymur Arif oğlu Məmmədovu vurub.  Nəticədə piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yaralı piyadanı xəstəxanaya sürücünün özü çatdırıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT