Donald Tramp müqayisəsi ilə Angela Merkeli təəccübləndirdi
04:28 – 18 Mart, 2017

                                                                                              

ABŞ prezidenti “Twitter”dəki yazılarına görə nadir hallarda heyfsləndiyini və seçkiqabağı kampaniya zamanı Barak Obamanın sərəncamı ilə telefon danışıqlarının dinlənildiyini bəyan edib. Bu barədə ABŞ prezidenti Almaniya kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında deyib.

 

“Biz ən azı bu sahədə Merkel ilə oxşarıq”, - deyə D.Tramp zarafat edib. Bu sözləri zalda olanlar gülüşlə qarşılayıb, kansler isə təəccüblə ABŞ prezidentinə baxıb.

 

Xatırladaq ki, 2013-cü ildə “Spiegel” jurnalı ABŞ kəşfiyyat xidmətləri tərəfindən Angela Merkelin mobil telefonunun dinlənilməsi barədə məqalə dərc etmişdi.

 

X

XƏBƏRLƏR
BÖYÜT