Tramp Merkelin əlini sıxmadı
04:33 – 18 Mart, 2017

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Ağ Evdə keçirilən görüşdə şəkil çəkilən zaman bir-birilərinə əl verməyiblər. Görüş başlamazdan öncə jurnalistlər siyasətçilərdən  bir-birilərinə əl verməyi xahiş edib.

 

Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib.

 

KİV-lərin qənaətinə görə, Donald Tramp salonda səs-küy səbəbindən fotojurnalistlərin çağırışını  eşitməyib. Buna baxmayaraq, Tramp və Merkel arasında keçirilən ilk görüşün bu epizodu internetdə sürətlə yayılmağa başlayıb. Bəziləri Trampın uzunsürən salamlamaları xoşladığını, Yaponiya baş naziri Sindzo Abenin əlini 19 saniyə sıxdığını xatırladıblar. Qeyd edək ki, Almaniya kanslerinin qarşılanma mərasimində və görüşdən sonra baş tutan brifinqdə siyasətçilər bir-birilərinə əl veriblər.

 

X

XƏBƏRLƏR
BÖYÜT