Dollar indeksinin düşməsi neftin ucuzlaşmasını ləngidir
11:03 – 18 Mart, 2017

Neft birja həftəsini aşağı qiymətlərlə başa vurub. Birjaların son seanslarında "Brent" markalı neftin qiyməti 51,70 dollar olub. Bu ötən həftənin son qiymətindən 40 sent bahadır. Qərbi Texas nefti də dəyərini bərpa edə bilməyib. Ötən şənbə günü son hərraclarda 48,40 dollardan satılan WTİ nefti bir həftə ərzində dəyərini cəmi 27 sent artıra bilib.

 

Ötən həftə ərzində 4,5 dollar ucuzlaşan neft bu həftə öz dəyərini aşağı hədlərdə olsa da qorumağı bacarıb. Buna səbəb dollar indeksinin aşağı düşməsi olub. Federal Ehtiyat Sistemi dolların faiz dərəcəsini qaldırsa da, ümumi indeks aşağı düşməkdə davam edir. Bu isə "ucuz dollar, baha neft" prinsipinə əsasən neftin qiymətini bahalaşdırır.

 

Gələn həftə neftin bir qədər də bahalaşacağını gözləmək olar. Martın 26-da OPEK üzvləri və kartelə üzv olmayan neft hasilatçılarının növbəti görüşü keçiriləcək. Görüşdə hasilatın azaldılmasına dair öhdəliyin icra olunması səviyyəsi müzakirə olunacaq. Bundan başqa görüşdə hasilatın bir qədər də azaldılması təklifinin müzakirəyə çıxarılacağı gözlənilir ki, bu da neftin qiymətini dəstəkləyəcək əsas amillərdən biridir. 

X

XƏBƏRLƏR
BÖYÜT