Lənkəranda müdirin evinə basqın olub, ev sahibi ağır yaralanıb
11:05 – 18 Mart, 2017

Lənkəranda evə girən oğrular ev sahibini ağır yaralayaraq qaçıblar. APA TV-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Xolmili kəndində qeydə alınıb.

 

Kənd sakini, 67 yaşlı Vahab Səfərova məxsus yaşayış evinə axşam saatlarında oğurluq məqsədi ilə girilib. Basqın zamanı evə girən oğrular evin ikinci mərtəbəsinə qalxmaq istəyən ev  sahibinin başına küt alətlə vuraraq hadisə yerindən  qaçıblar.

 

Basqın zamanı səsə gələn qonşular yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Güclü kəllə-beyin travması alan Vahab Səfərova açıq kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər tərəfindən onun vəziyyəti ağır qiymətləndirilir.

 

Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir. Qohumlarının sözlərinə görə, hadisə zamanı evə qarət məqsədi ilə girmiş şəxs və ya şəxslər törədib.

 

Hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanları araşdırmalara başlayıb, hadisəni törətmiş şəxs və ya şəxslərin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görülür. 

X

XƏBƏRLƏR
BÖYÜT