Çavuşoğlu: "Azərbaycan, Türkiyə və Qazaxıstan üçtərəfli əməkdaşlıq edəcək"
12:27 – 18 Mart, 2017

Yaxın vaxtlar Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli əməkdaşlıq formatı qurulacaq. Bu fikirləri Türkiyənini Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada iş adamları ilə görüşündə səsləndirib.

 

Onun sözlərinə görə, Türkiyənin Qafqazda Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan kimi üçlü mexanizmləri var.  "İndi Türkiyə-Azərbaycan-Rusiya, Türkiyə-Azərbyacan-Qazaxıstan üçlü münasibətlərini qururuq. Pakistan ilə Əfqanıstan arasındakı gərginliyi azaltmaq üçün üçlü mexanizmlərimiz var. Vacib layihələrlə bu kölgədəki əlaqələrimizi gücləndiririk".

 

XİN başçısı Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin yaxın iki ay ərzində istifadəyə veriləcəyini deyib. 

X

XƏBƏRLƏR
BÖYÜT