Türkiyədə FETÖ üzvü olan 26 hakim və prokuror həbs edildi
12:30 – 18 Mart, 2017

İstanbul Cümhuriyyət Baş Prokurorluğunda araşdırılan FETÖ cinayətinin istintaqı çərçivəsində işdən çıxarılan 55 hakim və prokuror barəsində həbs qərarı verilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, keçirilən əməliyyatla onlardan 26 nəfər saxlanılıb. Həmin şəxslərə qarşı "terror təşkilatına üzv olma" maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, saxlanılanların  adları bir müddət əvvəl Hakimlər və Prokurorlar Ali Şurası tərəfindən hüquqi fəaliyyətinə xitam verilən 202 nəfərin siyahısında yer alıb. 

X

XƏBƏRLƏR
BÖYÜT