Bakıda 14 dərəcə isti gözlənilir
13:12 – 18 Mart, 2017

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə duman, səhər çiskin olacaq. Şimal küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7 dərəcə, gündüz 10-15 dərəcə, Bakıda gecə 5-7 dərəcə, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2-7 dərəcə, gündüz 14-19 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

X

XƏBƏRLƏR
BÖYÜT