Parisdə aeroportda atışma gedir, öldürülən var
13:38 – 18 Mart, 2017

Parisdə Orli hava limanında silah səsləri eşidilib. APA TV-nin xəbərinə görə, əsgərdən silahını almağa çalışan bir şübhəli öldürülüb. Hadisə yerinə dərhal polis gəlib. Hava limanının cənub tərəfində insanların təxliyə olunduğu bildirilir. Şahidlər içəridə girovların olduğunu iddia ediblər.

 

Hava limanında təyyarələrin enişinə və qalxmasına icazə verilmir. Gələn təyyarələr başqa hava limanına yönəldilib. Ətrafdakı mağazaların da boşaldıldığı bildirilir.

 

Əməliyyat hələ də davam edir. Polis insanları hava limanı ərtafına toplaşmamağa dair xəbərdarlıq edib. Qeyd edək ki, Orli hava limanı Fransanın ikinci ən böyük hava limanıdır. 

X

XƏBƏRLƏR
BÖYÜT