Prezident Novruz şənliyində iştirak edib
15:50 – 18 Mart, 2017

Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

 

Dövlət başçısı və xanımı əvvəlcə Qız Qalasının qarşısındakı meydana gəldiblər.

 

Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılıb.

 

Bahar qız dövlət başçısına səməni təqdim edib.

 

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar.

 

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

 

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

 

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

X

XƏBƏRLƏR
BÖYÜT