Yol polisi avtomobilləri təqib edə bilərmi?
17:41 – 06 Aprel, 2017

Hansı hallarda yol patrul xidməti sürücünü təqib edə bilər? Təqibə görə məsuliyyəti kim daşımalıdır? Təqib nəticəsində dəymiş maddi ziyanın ödənilməsi kimin üzərinə düşür? APA TV-nin “Avtoclub” layihəsinin bu dəfəki buraxılışında bu suallara aydınlıq gətirilib.  

Təqibin çox təhlükəli bir proses olduğunu bildirən hüquqşünas- ekspert Ərşad Hüseynov məsələni belə izah edib:“Təqib bir və ya bir neçə şəxsin nəqliyyat vasitəsi iləhadisə yerindən, ərazidən qaçaraq yayınması deməkdir. Həmin şəxsi və ya şəxsləri isə dayandırmaq tələb olunur. Təqib zamanı avtomobillərin necə yüksəksürətlə hərəkət etdiyini, sükan arxasında olanın sərt manevrlər həyata keçirdiyini, avtomobillə qaçaraq ərazidən uzaqlaşan şəxsinpolisin necə izlədiyini və s. bunları bir anlıq təsəvvür edin. Təbii ki, bunu at və ya velosipedlə etmək mümkün deyil.Bunu yalnız  digər nəqliyyat vasitəsi ilə reallaşdırmaq olar”. Hüquqşünas, qanunvericiliyimizdə təqiblə bağlı ciddi şərtlərin olduğunu deyən hüquqşünas, ümumiyyətlə, polisin xidmət aparması, onun təşkili, prinsipləri, vətəndaşla münasibəti və s. bu tip məsələlərinpolis haqqında qanunda öz əksini tapdığını bildirib. Ekspert qeyd edib ki, təqibdən danışarkən, söhbət təkcə DYP-dan getmir. “Məsələn, cinayətkarı nəinki polis, hətta, digər xüsusi xidmət orqanları datəqib edə bilər. Bunün üçün DTX-nın və ya DSX-nın əməkdaşları daöz səlahiyyətlərinə aid məsələlərlə bağlı, xidməti vəzifələrinin  icrasıyla əlaqədar,saxlanılması tələb edilən şəxsi təqib edə bilərlər”.

“Polis haqqında qanunun 20-ci maddəsində təqib iki halda məqbul hesab edilir. Birincisi, sürücünün və ya onun sərnişininin cinayət törətdiyi haqda dəqiq məlumat var. Bu haqda informasiya operativ hissədən və ya əməliyyat xidmətindən daxil olub, yaxud da polis əməkdaşı özübaş vermiş cinayətin şahidi olub. Belə halda dayanmaqla bağlı göstəriş verilərkən, tələb icra edilmirsə, həmin nəqliyyat vasitəsini təqib etmək hüququ yaranır. Yəni polis əməkdaşı, o cümlədən, DYP-nin əməkdaşıvə ya polisin digər xidmətinin əməkdaşı sadalanan faktlar üzrə nəqliyyat vasitəsini təqib edə bilər. İkincisi isə odur ki,sürücünün özünün və ya onun sərnişininin cinayət törədəcəyibarəsindəəsaslı ehtimallar və ya məlumatlar var”,

Polis haqqında qanunun əsas olduğunu və təqib etməyə də əsas verdiyini bildirən ekspert öz fikirlərini belə ifadə edib: “Yəni burada real təhlükə nədən ibarətdir? Misal üçün, polis əməkdaşı dayanmaq haqda konkret olaraq  sürücüyə göstəriş versə də, buna əməl olunmayıb. Sürücünün bu davranışı həyat və sağlamlıq üçün təhlükəlidirmi? Bunu qiymətləndirmək, məncə elə də asan məsələ deyil. Müəyyən hallarda ola bilər. Məsələn, götürək kameralarla qeydə alınan məlumatları və yaxud polis əməkdaşınınnəqliyyat vasitəsinin sahibinin avtoxuliqanlıq etdiyini gözü ilə gördükdə, avtomobili dayandırmaq haqda göstəriş verdikdə, həmin şəxsinəraizdən qaçaraq, uzaqlaşmağa başladığını. Həmin müddəaya görə bu, təqib üçün əsasdır”.

Ərşad Hüseynovun sözlərinə görə söhbət avtoxuliqanlıq deyil, konkret cinayət törədən şəxsin təqibindən gedirsə, avtoxuliqanı taran etmək, artıq şəraitə uyğun olmayan vasitə deməkdir: “Təbii ki, söhbət yük avtomobilindən gedirsə, onu minik avtomobili ilə təqib edəsi deyilik. Bu zaman həmin nəqliyyat vasitəsini kirpi deyilən vasitə ilə dayandırmaq çox asandır. Bu da mümkün olmadıqda, xüsusi qurğu vasitəsi və ya atəş açmaqla  təkəri deşmək olar. Hansısa bir şəxs avtomobili qaçırmaqla düşünürsə ki, asanlıqla aradan çıxa biləcək,yanılır. Çünki müasir texnoloji vasitələr sayəsində bu mümkün deyil”.

Təqib zamanı qarşı tərəf xəsarət alarsa, avtomobil çevrilərsə, ümumiyyətlə, dəyən ziyanın həcmi böyük olarsa, kimin məsuliyyət daşıması məsələsinə gəlincə, ekspert bu məsələyə belə münasibət bildirib: “Təqib əsassız olub, qaydaları pozulub, ikinci halda isə hər şey qanuna uyğun həyata keçirilib, polis üsulları qanun çərçivəsində tətbiq edib. Bu məqamda isə qaçan şəxsin özü məsuliyyət daşıyır. Polis təqib edilən sürücüyə  yaxınlaşanda,əlbəttə şəraitə uyğun hərəkət etməlidir: xəbərdarlıq etməli, sürücü silah çəkərsə, polis də adekvat addım atmalıdır. Yəni öz təhlükəsizliyini mütləq qorumalıdır”.

Ekspert bildirib ki, Yol Patrul Xidməti  haqqında təlimata və Yol Hərəkəti Haqqında Qanunun 85-ci maddəsinə baxsaq, orada avtomobilin nə zaman, hansı hallarda dayandırıla bilməsi haqda qeyd olunub. Hüquqşünas qeyd edib ki, avtomobilin dayandırılması halları arasında elə məqamlar var ki, sürücünün bu haqda məlumatı yoxdur: “Məsələn, polis sürücüyə avtomobili saxlamaq üçün işarə edir. Sürücü axı hardan bilsin ki, bu markada, bu rəngdə olan avtomobillə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Yaxud da, hardan bilsin ki, ona törətdiyi inzibati xəta ilə bağlı çatası sənəd var.Hansını ki, həmin şəxsə heç bir yerdə poçtla çatdırmaq mümkün olmayıb. Ona görə də qərar qəbul edilib ki, bu haqda ona yolda saxlanılaraq məlumat verilsin. Və ya ödənilməyən, gecikdirilmiş cərimənin olması haqda məlumatız olan sürücü, ona məhz bu barədə məlumat verilmək məqsədi ilə saxlanıldığını hardan bilə bilər?  Bu kimi hallar olduğuna görə, həmişə sürücülərə müraciət edirik ki, əgər DYP əməkdaşı tərəfindən sizə avtomobilinizi saxlamaq haqqında işarə verilirsə, nəqliyyat vasitənizi dayandırın. DYP əməkdaşı təlimatı pozub göstəriş verirsə, bu zaman məsuliyyət onun üzərindədir. Lakin hər bir şeyin qaydasında olduğunu düşünərək əmrə tabe olmadığınız halda, siz də qanunu pozmuş olursunuz”.  

 

X

XƏBƏRLƏR
BÖYÜT