Ümumrusiya Azərbaycan Konqresi niyə hədəfə götürülüb?
15:37 – 07 Aprel, 2017

Dekabrın 28-də Moskvada Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilib.  Qurultayda tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti seçilib. Rusiyada yaşayan tanınmış soydaşlarımızdan 10 nəfər qurumun vitse-prezident postuna seçiliblər.  Bunlar Mehrac Babayev, Vaqif Bayramov, Elman Bayramov, Mixail Qusman, Qod Nisanov, Əlizaman Rəhimov, Aleksandr Romaşin, Tahir Salahov, Ələsgər Tağıyev və İsgəndər Xəlilovdur. Təkcə rəhbər heyətin tərkibi Ümumrusiya Azərbaycan Konqresinin nə qədər ciddi qurum olduğunu göstərir. Məsələ başqadır. Rusiya Ədliyyə Nazirliyi əslində heç bir səbəb göstərmədən Azərbaycanın xarici ölkələrdə ən böyük diaspor təşkilatı sayılan Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə müraciətə aprelin 11-də baxacaq? Rusiya Ədliyyə Nazirliyinin belə bir addım atmasında səbəb nədir? Əgər məhkəmə müraciəti təmin edərsə, Ümumrusiya Azərbaycan Konqresinin ləğvi Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bu suallar ətrafında politoloqlar Elşad Mirbəşiroğlu və Elxan Şahinoğlu ilə geniş fikir mübadiləsi aparılıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT