8 dəfə boşanıb, 12 dəfə nişanı qaytarmışam
19:16 – 11 Aprel, 2017

“Mən heç kəsin şəxsi həyatı ilə maraqlanmıram. Öz həyatımda da qeyri-adi heç nə baş vermir ki, insanların marağına səbəb olsun”. Bu sözləri “APA.TV”-nin “Show time” verilişində Musiqili Komediya Teatrının aktrisası, əməkdar artist Ülviyyə Əliyeva deyib.

 

“Şəxsi həyatımda gizli saxlayacağım heç nə yoxdur. Bəzən jurnalistlər mənə zəng edirlər, şəxsi həyatımdan soruşurlar, mən də deyirəm ki, bu barədə danışmaq istəmirəm. Amma mənimlə danışandan sonra özlərindən məqalə yazırlar. Onların hesabı ilə mən 8 dəfə boşanıb, 12 dəfə nişanı qaytarmışam. Şəxsi həyatımdan danışmağı sevmirəm. İstəyərəm ki, ancaq yaradıcılığımdan yazsınlar. Özəl həyat belədir ki, öləndən sonra da yazmaq olar. Bu dəqiqə sənətimin elə bir nöqtəsindəyəm ki, yaradıram, yəni yaradıcılığımla məşğulam. Bəzi jurnalistlər mənim şəxsi həyatımdan daha çox yazırlar. Amma aralarında yaxşıları da var. Məsələn, müsahibəyə gəlmədən öncə əvvəlcədən sənətimlə bağlı məlumatlanır, daha sonra sual verir. Mən 1998-ci ildən teatrda çalışıram. Hətta nə vaxt sənətə gəldiyimi də bilənlər var”.

 

Aktrisa əlavə edib ki, filmlərdə heç zaman qonorar məsələsinə qarışmır: “19 ildir ki, sənətdəyəm. Rejissorlar da bilir ki, mən qonorar məsələlərindən danışmıram. Yəni, bizim sənət bazar deyil soruşasan ki, nə qədər pul verəcəksiz? Qonorardan öncə mənə iş maraqlı olub. Sevdiyim sənətlə məşğulam. Təbii ki, biz də ailə saxlayırıq. Hamımızın ailəsi var. Amma bizim sənət az büdcəlidir. Bu sənəti seçəndə bilirdim ki, bu cür çətinlikləri var. Təklif edilən film mənə maraqlı olursa, təbii ki, “yox” deyə bilmirəm. Filmin sonunda mənə verilən qonorarla hər zaman razı olmuşam. Bəlkə də elə yaşda deyiləm ki, oturum qonorardan danışım. Şükürlər olsun, bu günə qədər elə bir film  olmayıb ki, deyəm ki, kaş ki, çəkilməzdim”.

 

Ü.Əliyeva yerli telekanallarının birində aparıcılıq etdiyi verilişin bağlanması barədə ilk dəfə ətraflı açıqlama verib: “Belə bir deyim var ki, “desəm öldürərlər, deməsəm, ölləm”. Bilmirəm bunu desəm qalmaqala çevriləcək, ya yox. Amma olanları deyəcəm. Düşünürəm ki, verilişimin bağlanması sifarişli olmuşdu. Yəqin ki, mənim uğurlarım kimlərisə narahat edir. Kimsə evində oturub, verilişimdən bir hissəni telefonuna çəkmişdi. Yəni, qərəzli bir çəkiliş olmuşdu. Və bunu sosial şəbəkədə yaymışdılar. Əslində buna məyus olmadım. Yəni, mən o verilişdən qonorar almırdım. Layihə xoşuma gəlmişdi, razılıq vermişdim. Çünki heç bir verilişə bənzəmirdi. Veriliş bağlananda bəzi jurnalistlərdən incimişdim. Çünki heç zaman mətbuatdan qaçan insan olmamışam. Bəzi media işçiləri verilişin tam hissəsinə baxmadan, xəbər yazmışdılar ki, “Azərbaycan televiziya məkanında biabırçılıq”.

 

Aktrisa şəxsi həyatı barədə sualları da cavablandırıb: “Mən bir dəfə evli olmuşam. Daha sonra nişanlanıb, ayrılmışam. Bu həyatdır. Heç kim istəməz ki, ailəsi dağılsın, nişanı qayıtsın. Bu, mənim həyatımda olub. Şükür Allaha ki, üz qaralığım, həyatda eybim yoxdur ki, gizlədim”.

 

Verilişin digər qonağı, müğənni Şəbnəm Tovuzlu isə nəzərdə tutduğu planlarından danışıb: “Yenicə ana olmuşam, başım ona qarışıb. Buna baxmayaraq, 3-4 mahnı üzərində işləyirəm. Mənə elə gəlir ki, bu mahnılar yay aylarında səs-küyə səbəb olacaq”.

 

Şəbnəm Tovuzlu hesab edir ki, müğənnilərin şəxsi həyatı hər zaman insanlara maraqlı olub. O ki, qaldı şəxsi həyatın mediada müzakirə olunmasına:

“Bunu bilərəkdən işıqlandıran 1-2 nəfər oldu. Son vaxtlar özüm də məəttəl qalmışam. Övlad dünyaya gətirən tək mən deyildim. Bir çox müğənnilərimiz ana oldu. Heç onlar bu qədər müzakirə olunmayıb. Sadəcə, mən şəxsi həyatımı gizlətdikcə, bəziləri nə isə öyrənməyə çalışdılar. Həyatımda gizlədiləcək heç bir şey yoxdur. Lazım gəlsə, yoldaşım özü də açıqlama verər. Sadəcə o sənət adamı deyil, sənətə də bağlılığı yoxdur". 

X

XƏBƏRLƏR
BÖYÜT