ŞOK - Tanınmış azərbaycanlı müğənninin maşınını yardılar
18:22 – 18 Aprel, 2017

“Həyat yoldaşımla 1-2 ay küsülü oldum. Sonra barışdım”. Bu sözləri “APA.TV”-nin “Show time” verilişinin qonağı, əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O, həyat yoldaşından rəsmən boşanmadığını bildirib:  

“Deyirlər ki, ailəm dağılıb. Bu, belə deyil. Hamının ailəsində problem olur. Aramızda inciklik olsa da, sonra keçir. Lazım olsa, nikah kağızını da gətirib göstərə bilərəm. Mən elə bir müğənniyəm ki, şəxsi həyatım haqqında danışmağı sevmirəm. Ailəmin içində olanlar hər şeyi bilər. Amma olanları kənarda danışmaq ayıbdır. Ümumiyyətlə, ailəni gündəmə gətirmək, reklam eləmək düzgün deyil. Yoldaşımla aramızda inciklik olub, amma boşanmamışıq”. 

 

Sənətkar həmkarları ilə münasibətlərinə də aydınlıq gətirib: “Mən hamıya qarşı yaxşıyam. Qəlbimə dəyən, mənə qarşı səhv edənlər olub. Bəzi müğənnilərin səhvlərinə cavab vermişəm də, amma sonra bunu etdiyim üçün pis olmuşam, ağlamışam da. Pislik edənə yaxşılıq eləmək lazımdı. Mənim heç bir müğənni ilə ədavətim yoxdur. Sülh adamıyam”.

 

R. Allahverdiyevanın fikrincə, müğənnilərin gündəmdə qalması üçün bir çox amillər vacibdir: “Sağlam rəqabət aparıb, sənətlə məşğul olmaq lazımdır. Bundan başqa, müğənni gündəmdə qalmaq üçün səsinə, cazibəsinə uyğun nəğmələr söyləməlidir”.

 

Verilişin digər qonağı, uzun illərdir efirlərdən uzaq düşən müğənni Zahidə Günəş olub. O, gündəmdə olmamasının səbəbini açıqlayıb: “Artıq vaxtımın çox hissəsini oğlum  Səmrala ayırıram. Övladıma özüm baxıram”.

 

Z.Günəş zaman-zaman mətbuatda barəsində gedən bəzi məlumatların əsassız olduğunu bildirib:

“Yazmışdılar ki, oğlumun atası yoxdur. Niyə yoxdur? Var. Bəli, ayrılmışıq, amma övladım atasının soyadını daşıyır. Övladım elə ana qayğısı görür ki, heç atasına ehtiyac yoxdur. Məsələn, mən gözümü açıb, atamı görmüşəm. Onun tərbiyəsi ilə böyümüşəm. İstəmirəm bu barədə çox danışım. Oğlum sonra izləyəcək, pis olacaq”.  

 

Müğənni qeyd edib ki, ailəsinin dağılmasına xəyanət səbəb olub: “Ailəm xəyanətə görə dağıldı. Özü də elə bir xəyanət ki, gülə-gülə, gözünün içinə baxa-baxa... Mən də onu gülə-gülə yola saldım. Belə bir deyim var ki, övlad anadan yetim qalmasın”.

 

Z.Günəş bir neçə gün öncə başına gəlmiş hadisə barədə də danışıb: “Mən İçərişəhər metro stansiyasının yaxınlığında yaşayıram. Günorta saatlarında maşını işə salıb, yola düşməyə hazırlaşırdım. Oğlumla da yanımda idi. Qəfildən bir nəfər maşınımın qapısını açıb, çantamı götürüb qaçdı. Mən də düşüb onun arxasınca qaçdım. Oğlum ağlayıb, qışqırdı qayıtdım. Amma oğrunun sifəti, görkəmi yadımdadır. Hadisə müşahidə kameralarına da düşüb. İndi həmin şəxs axtarışdadır. Videogörüntü məndə də, hüquq-mühafizə orqanlarında da var. Bütün sənədlərim həmin çantanın içində idi”.

 

X

XƏBƏRLƏR
BÖYÜT