Vüsal Qasımlı: "Mərkəzimiz dünyanın ən yaxşı beyin mərkəzlərinin sırasına daxil olub"
15:34 – 20 Aprel, 2017

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qısa müddətdə təşkilatlanma və kadr məsələlərini həll etdikdən sonra ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən hazırlanan reytinqdə dünyanın ən yaxşı beyin mərkəzlərinin sırasına daxil olub. Bu barədə mərkəzin icraçı direktoru Vüsal Qasımlı qurumun 1 illik fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında deyib.

 

"Hazırda mərkəzdə Harvard, London, Bonn və başqa nüfuzlu universitetlərdən məzun olmuş 10-a yaxın iqtisad doktoru fiskal, monetar, rəqabət, biznes mühiti, aqrar, sənaye, dövlət müəssisələri, elektron ticarət, xarici bazarlar və sair mövzularda tədqiqatlara cəlb olunublar. Mərkəzdə aparılan tədqiqatlara Avropa İttifaqı, Dünya Bankı, BMT və başqa qurumların nüfuzlu ekspertləri cəlb ediliblər ki, bu da ölkədə islahatların gündəliyinin formalaşmasına töhfə verir".

 

O bildirib ki, İİTKM Azərbaycanda inzibati rayonların iqtisadi fəaliyyət nəticələri və rəqabət qabiliyyətli sahələrinin müəyyən edilməsi və təhlilinin aparılması məqsədilə ilk dəfə olaraq regionların investisiya reytinqini tərtib edib. Reytinqin tərtib edilməsi zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilib və Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Dünya Rəqabətlilik İndeksinə oxşar yanaşma tətbiq edilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT