Rüstəm Cəbrayılov: "Evin tək oğlu olduğum üçün..."
16:25 – 20 Aprel, 2017

Əsas rolunu məşhur model Rüstəm Cəbrayılovun ifa etdiyi rejissor Elmar Bayramovun “Don Marleone” filmi nəhayət ki, təqdim olundu.

 

Yaradıcı heyətin həyəcanı aşkar idi. Amma əsas diqqət əlbəttə ki, Rüstəm Cəbrayılova yönəlmişdi: “Sevindirici bir gündür. Filmi görməmişəm. Çox həyəcanlıyam. Bu qədər adam gəlibsə, bilirəm ki, mükəmməl bir iş var. İlk filmimdir. Bu formada ilk təqdimatımdır. Çox gözəl keçir. Sizə də təşəkkür edirəm ki, bizi yalnız qoymamısınız”.

 

Rüstəm təqdimatdan sonra uzun müddətli turneyə yollanacaq: “Sabah Gürcüstana gedirəm. Sonra İndoneziyaya, ordan İstanbula, Panamaya, sonra da Nyu-Yorka gedəcəyəm. İşimi elə qurmuşam ki, müəyyən müddət çalışıb vətənə dönə bilirəm. Həm də evin tək oğlu olduğum üçün bacardığım qədər vətəndə çox vaxt keçirməliyəm”.

 

Millət vəkili Adil Əliyev Azərbaycan film sektorunda müşahidə olunan dinamikanı yüksək qiymətləndirib: “Azərbaycanın bugünkü durumunda bu kimi filmlərin ərsəyə gəlməsi çox gözəl hadisədir. Belə filmlərin öz izləyicisi həddən artıq çoxdur. Bizim kino sənayemizdə yeni filmlər olmalıdır. Hər tamaşaçının izləmək istədiyi film olmalıdır. Müxtəlif filmlərin olması önəmlidir”.

 

İndi isə film barədə. Süjet xətti barədə danışmaq filmə marağı azalda bilər, ona görə qısaca, təəssüratları bölüşmək daha doğru olar. Çəkiliş prosesində məkanlar, hadisələr bir-birini dinamik şəkildə əvəz edir. Fərqli obrazlar düzgün aktyor seçimi ilə daha da yaddaqalandır. Film Azərbaycan və İtaliyada çəkilib. Döyüş səhnələri kifayət qədər dinamikdir. Bir sözlə, baxmağa dəyər.

 

X

XƏBƏRLƏR
BÖYÜT