Putin: "Hər şeyə rus xalqı qərar verəcək"
18:06 – 20 Aprel, 2017

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin növbəti prezident seçkiləri zamanı onun varisi olacağı ilə bağlı fikirlərə münasibət bildirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Vladimir Putin bu məlumatları təkzib edərək, növbəti prezidentin yalnız demokratik yolla keçiriləcək səsvermə zamanı xalq tərəfindən seçiləcəyini qeyd edib.

 

"Növbəti prezidenti yalnız rus xalqı müəyyən etməlidir. Başqa heç kəs yox" - deyə, Vladimir Putin vurğulayıb.

 

Qeyd edək ki, bir qədər əvvəl senator Frants Klintseviç mətbuatda yayılan məktubunda Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Rusiyanın növbəti prezidenti  olacağını yazmışdı.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT