Rus hakimdən şok iddia: "Peterburq terroru Türkiyədən maliyyələşdirilib"
22:04 – 20 Aprel, 2017

"Sankt-Peterburq metrosunda törədilən terror aktı Türkiyədən maliyyələşdirilib". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu iddianı Moskvanın Basmannıy məhkəməsinin hakimi  Yelena Lenskaya irəli sürüb.

O bildirib ki, Peterbuqda partlayış törətmək müqabilində bir müddət əvvəl həbs olunan Abror Azimov Türkiyədəki qaynaqlardan pul alıb və qardaşı Akram Azimov vasitəsilə onu icraçı Akbarjon Cəliliova ötürüb.

 

Yelena Lenskaya əlavə edib ki, saxlanılan Abror Azimov terrorçuların Türkiyədən Rusiyaya keçməsi üçün saxta sənədlər hazırlanmasında da bilavasitə iştirak edib. Yaxalanan zaman ondan RQD-5 qumbarası götürülüb.

Bundan əvvəl ələ keçən Akram Azimovun barəsində isə iyunun əvvəlinə qədər həbs qərarı çıxarılıb.

Qardaşların hər ikisi özbək əsilli Qırğızıstan vətəndaşı olub. 2013-cü ildə isə onlar Rusiya vətəndaşlığı alıb.

Xatırladaq ki, Sankt-Peterburq metrosunda aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər həyatını itirmişdi.

 

X

XƏBƏRLƏR
BÖYÜT