Şəkidə ağır qəza: mikroavtobus aşdı, 17 yaralı var - SİYAHI
23:39 – 20 Aprel, 2017

Şəklidə ağır yol qəzası baş verib.

APA TV-nin  məlumatına görə, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon Şin kənd sakini, 1987-ci il təvəllüdlü Raqif Fərhad oğlu Mürşüdov  idarə etdiyi "Mercedes-Bens" markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobusla  Şəkidən Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək mikroavtobusu yolun kənarına aşırıb.  Nəticədə mikroavtobusdak üçü azyaşlı olmaqla 17 sərnişin Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Şəki MRX-dan APA TV-yə verilən məlumata görə, yaralılardan 85 yaşlı Şəki rayon Sarıca kənd sakini Gülqədəm İsabala qızı Eyvazova aldığı qapalı kəllə-beyin travması və ətrafların sınığı  dioqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Sürücü Raqif Mürşüdov və digər üçü azyaşlı olmaqla 15 sərnişin - Şəki rayon sakinləri Mustafayev Oxşar Şirin oğlu, Tomrazlı Şəhla Elçin, İsmayılova Səlimə Binnət qızı, Bayramova Zülfiyyə Əlihüseyn qızı, Yusifova Ruhiyyə Ələddin qızı, Camalova Nərmin İmran qızı, Camalova Dərya İmran qızı, Ağdaş rayon sakinləri Babayev Mürvət Hacıbala oğlu Əliəhmədov Rəsul Şahlar oğlu, Mingəçevir şəhər sakinləri Yusifova Şərqiyyə Ələddin qızı, Kərimov Sabit Əliş oğlu, Kərimova Şükufə Məcid qızı, Mustafayeva Kifayət Fəxrəddin qızı, həmçinin Əliyeva Ceyhunə İbrahim qızı və Bağırova Şahanə Etibar qızı müayinə edildikdən sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat  bölməsində araşdırma aparılır.
 

X

XƏBƏRLƏR
BÖYÜT