Parisin mərkəzində atışma: 2 nəfər öldü - HADİSƏ YERİNDƏN
00:33 – 21 Aprel, 2017

Fransa paytaxtında silahlı insident olub. APA TV-nin "Reuters"ə istinadən məlumata görə, silahlı şəxs polisləri atəşə tutub.

Atışma zamanı bir polis ölüb, digəri yaralanıb.

Cavab atəşi ilə silahlı öldürülüb.

Hadisə Parisin mərkəzində, Yelisey çölləri adlanan küçədə qeydə alınıb.

Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.

Hazırda ərazidə araşdırmalara başlanıb, şəhərdə anti-terror əməliyyatlarının başlanacağı istisna olunmur.

Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür.

 

X

XƏBƏRLƏR
BÖYÜT