Suriyada Rusiya hərbi bazasına hücum oldu: ruslar itki verdi
01:06 – 21 Aprel, 2017

Suriyada terrorçular hökumət qüvvələrinin hərbi qarnizonuna hücum ediblər. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xəbəri Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.

 

Hücum nəticəsində rusiyalı hərbi müşavir, mayor Oleq Bordov həlak olub. Suriya hərbçilərinə təlim keçən rusiyalı zabit, komandanlığı öz üzərinə götürərək, terrorçuların şəhərciyə soxulmasının qarşısının alıb.

 

Döyüş zamanı Oleq Bordov ağır güllə yaralı alaraq, həlak olub.  O, ölümündən sonra mükafata layiq görülüb.  

 

X

XƏBƏRLƏR
BÖYÜT