Parisdə atışmalar davam edir: ölü sayı artdı
01:16 – 21 Aprel, 2017

Parisin mərkəzində baş verən atışmalar nəticəsində iki polis ölüb, bir asayiş keşikçisi yaralanıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Silahlı şəxs polisləri gülləbaran etdikdən sonra qaçmağa müvəffəq olub.

Fransa paytaxtında metro stansiyaları bağlanıb.

Xatırladaq ki, sözü gedən insidentdən bir neçə dəqiqə əvvəl Parisin Yelisey çölləri adlanan küçəsində silahlı insident nəticəsində bir polis öldürülüb, biri yaralanıb.

Qeyd edək ki, yaralı polisin həyatını xilas etmək mümkün olmayıb.

Həmin insident zamanı silahlı cavab atəşi ilə məhv edilib.

X

XƏBƏRLƏR
BÖYÜT