Siyah-bəyaz film kimi bir az... "Beşiktaş" şansını əldən verdi...
04:28 – 21 Aprel, 2017

Avropa Liqasında 1/4 final oyunlarının cavab görüşləri keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycanda da kifayət qədər azarkeşi olan Türkiyənin "Beşiktaş" klubu Fransanın "Lion"u ilə qarşılaşıb.

İlk oyunda səfərdə minimal hesabla məğlub olan "Qara Qartal" şotland hakim heyətinin fiti ilə oyuna başlayıb. İlk dəqiqələrdən üstünlük "Beşiktaş"da olub və bu 27-ci dəqiqədə bəhrəsini verib. Talişka əla qol vurub, 1:0

Türklərin sevinci cəmi 7 dəqiqə çəkib, Lakazette aşırma zərbə ilə effektli nəticə göstərib, 1:1.

İlk hissə bu hesabla başa çatıb.

İkinci 45 dəqiqə də "Qartal"ın hücumları ilə yadda qalıb. Talişka "dubl" edib.

90 dəqiqə bu hesabla başa çatıb, Fransadakı nəticəyə görə, hakim əlavə vaxt təyin edib.

Əlavə ayrılmış 30 dəqiqədə də qalib müəyyənləşməyib və penalti zərbələri təyin edilib:

"Lion" Avropaya vəsiqəni İstanbulda qazandı.

 

X

XƏBƏRLƏR
BÖYÜT