Ac dustaqları kabab qoxusu ilə cəzalandırdılar
11:27 – 21 Aprel, 2017

İsrail həbsxanasında aclıq aksiyasına başlayan dustaqlar ağlagəlməz formada cəzalandırılıb.

 

APA TV-nin məlumatına görə, Milli Birlik Partiyasının gənclər təşkilatları Qərbi Şəriada yerləşən Ofer hərbi həbsxanasının qarşısında yığışaraq kabab çəkməyə başlayıblar. Onların məqsədi aclıq aksiyasına başlayanlara etiraz etmək və aksiyaya qoşulan dustaqların iradəsini qırmaq olub.

 

Partiyanın sədri Ofir Sofer də həbsxana önündəki aksiyaya qatılıb. Sofer deyib ki, dustaqların şıltaqlığına dözməməyi göstərməyin zamanı gəlib.  

 

Bir qrup fələstinli isə aksiyaya etiraz etmək üçün həbsxanaya yürüş keçirib.

 

Qeyd edək ki, "Azadlıq və Şərəf" adı verilən aksiya dustaqların telefonla əlaqə saxlamasının təmin olunması və vəkilləri ilə görüşdürülməsi, daha yaxşı sağlamlıq xidməti və təcridə son qoyulması kimi bir neçə humanitar tələblər səbəbi ilə başlayıb.

X

XƏBƏRLƏR
BÖYÜT