Birjalarda qeyri-müəyyənlik nefti ucuzlaşdırır
12:16 – 21 Aprel, 2017

Birjaların son iş günündə neftin qiyməti sabit qalsa da, OPEK-in yeni razılaşma əldə etməsinə inamın azalması “qara qızıl”ı ucuzlaşdıra bilər.

 

APA TV-nin xəbərinə görə, birja iştirakçıları OPEK razılaşmasının effektinə şübhə ilə yanaşır, qiymətlərin 60 dollara həddinədək bahalaşacağına etibar etmirlər. Buna səbəb razılaşmada iştirak etməyən neft ölkələrinin ixracatı kəskin şəkildə artırmasıdır. Hesab olunur ki, OPEK hasilatı növbəti dəfə azaltmağa nail olsa belə, bu, bazarda balans yarada bilməyəcək. Digər tərəfdən neftin bahalaşması ABŞ-da şist neftinin hasilatını daha da səmərəli edir və avtomatik olaraq Birləşmiş Ştatlarda hasilat artmış olur. Bu səbəbdən birjalar neftlə bağlı gözləmə mövqeyi tutmağa üstünlük verirlər.

 

Bu gün birjalarda “Brent” markalı neftin bir bareli 53 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 50,73 dollardan təklif olunur. Bu gecə birjalarda həftənin son hərracları keçiriləcək, analitiklər qeyri-müəyyənlik səbəbindən qiymətlərin son seansa qədər daha da ucuzlaşacağını proqnozlaşdırırlar.

 

X

XƏBƏRLƏR
BÖYÜT