ABŞ prezidenti: "Çin rəhbərini yola gətirdim"
13:22 – 21 Aprel, 2017

ABŞ prezidenti Floridada Çin rəhbəri ilə apardığı müzakirələrin detallarını açıqlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Tramp danışıqların əsas mövzusunun Şimali Koreya ilə bağlı olduğunu gizlətməyib.


Ağ Ev sahibi bildirib ki, Si Tzsinpinə Pxenyana qarşı kəskin mövqe nümayiş etdirmək müqabilində daha geniş Amerika bazarı təklif edib: "Mən ona dedim ki, bu sizin üçün çox sərfəli təklifdir, siz daha çox qazanacaqsınız. Amma bir yolunuz var. Qonşunuzun təhlükəli hərəkətlərinin qarşısını almalısınız".

Tramp bildirib ki, onun Çin liderinə dərin hörməti var: "O, işgüzardır, yorulmur. Ən önəmlisi budur ki, bunu vətəni üçün edir".

Jurnalistlərin "Kim Çen Inı psixi xəstə hesab edirsinizmi?" sualına isə Tramp belə cavab verib: "Deyə bilmərəm, amma onun normal insan olduğuna da şübhəm var".

 

X

XƏBƏRLƏR
BÖYÜT