İmam Əli və Hz. Fatimənin toyu harada və necə olub? Kəbinlərini kim kəsib?
14:30 – 21 Aprel, 2017

İmam Əli necə elçiliyə gedir? Peyğəmbər qızına nə cehiz verir? İmam Əli evini necə "təmir" edir? İmam Əli və Hz. Fatimənin toyunda qonaqları kim qarşılayır? Hz. Fatimənin gəlinliyi necə olur? Nə üçün xanım Fatimə toyunda gəlinliyini geyinə bilmir?

 

“ Hz. Fatimə peyğəmbərimizin Hz. Xədicədən olan sonuncu övladıdır. Allah rəsulunun  başqa qızları da olub. Amma məqam baxımından ən üstünü xanım Fatimədir”.

 

APA TV-nin məlumatına görə, bunu “Corat”  məscidinin axundu, ilahiyyatçı Hacı Sahib Məmmədov "Yaşıl orta" verilişində deyib. O bildirib ki,  Hz. Fatimə dünya qadınlarının ən üstünü sayılır: “  “İslamda və ondan qabaqkı dövrlərdə nümunəvi xanımlar çox olub. Amma ən uca məqam xanım Zəhraya məxsusdur. Düzdür, peyğəmbər qızı olması  da bir şərafətdir. Amma dinimizə görə üstünlük təqva ilədir. Yəni təqva yoxdursa, peyğəmbər qızı olmaq bir insanı üstün etməz. Biz bunun misallarını digər peyğəmbərlərin örnəyində görmüşük. Məsələn, Lut peyğəmbərin xanımı xilas ola bilmədi. Eləcə də Nuh peyğəmbərin ailəsində nümunəsi var. Odur ki, Hz. Fatimənin üstünlüyü təqvasının böyüklüyü ilə ölçülür.  Bu onun imanı, təqvası və  Allaha olan eşqi ilə bağlıdır”.

 

S.Məmmədovun sözlərinə görə, Hz. Fatiməyə ən layiqli həyat yoldaşı elə İmam Əli olub: “ İmam Əlinin ömrü döyüş meydanlarında keçirdi. Həmçinin özü ac qalsa da, evində bişən yeməyi sədəqə verən birisi idi.  Bu cür böyük insanın  həyat yoldaşı olmaq  hər qadının işi deyildi. İmam Əli və Həzrəti Fatimə bir-birlərini tamamlayırdılar. Həmçinin xanım Zəhra yeganə məsum qadındır”.

 

İlahiyyatçı İmam Əli və Hz. Fatimənin izdivacı barədə də ətraflı məlumat verib: “ Elçiliyə İmam Əli özü gedir, peyğəmbərə xanım Zəhra ilə evlənmək istədiyini bildirir. Allah rəsulu qızının fikrini öyrənəndə, Hz. Fatimə susur. O vaxt peyğəmbər deyir ki, susmaq razılıq əlamətidir. İmam Əli varidatının zireh, qılınc və dəvə olduğunu deyir. Allah rəsulu buyurur ki, qılıncla dəvə qalsın, mehriyyə üçün zirehini sat. İmam Əlinin verdiyi mehriyyə pulu ilə peyğəmbər qızına toy tədarükü görür, cehiz və gəlinlik alır”.

 

S.Məmmədov qeyd edib ki, cütlüyün kəbinini elə peyğəmbərin özü kəsib: “Toy İmam Əlinin evində olur. Zilhiccə ayının 6-sı onların evləndikləri tarixdir. Toya çox adam gəlir. Atası xanım Zəhra üçün ağ gəlinlik aldırır. Toy günü Hz. Fatimə  bəy evinə yola düşərkən, qarşısına bir yoxsul çıxır. Xanım Zəhra öz gəlinliyi çıxarıb, sədəqə verir və adi gündəlik libasla gəlin köçür”.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT