Lənkəranda 39 yaşlı kişi qəbiristanlıqda bıçaqlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Velədi kəndində qeydə alınıb.
Kənd sakinləri - 39 yaşlı Aqil Cəlil oğlu Babayev və 32 yaşlı Ramid Mürvət oğlu Malıyev arasında qəbiristanlıqda mübahisə baş verib. Mübahisə zəminində Ramid həmkəndlisi Aqilə bir bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb.
Yaralı ağır vəziyyətdə yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Cərrah Rasif Axundov bildirib ki, xəstə Babayev Aqil Cəlil oğlu saat 18:00 radələrində ağır vəziyyətdə qarın boşluğunun ön divarının kəsilmiş deşilmiş yarası ilə daxil olub: "Müayinə zamanı məlum olub ki, xəsarət qarın boşluğuna keçib. Xəstə təcili cərrahiyyə əməliyyatına götürüldü, əməliyyat zamanı daxili zədələnmələr bərpa olundu, qanaxma dayandırıldı. Hazırda xəstə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirildi".
Hadisəni törətməkdə şübhəli bilinən şəxs olay yerindən qaçsa da, hüquq-mühafizə orqanları onu isti izlərlə saxlayaraq istintaq orqanlarına təhvil verib. Hazırda polis həmkəndlilərin qəbiristanlığa niyə getdiklərini və hadisənin hansı səbəbdən baş verdiyini araşdırır.
© 2013 APA TV - Onlayn Televiziya | Haqqımızda | Əlaqə
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer 8 ilə tam dəstəklənir. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.