"Soyuq müharibə", yoxsa "Üçüncü dünya savaşı?"
15:58 – 21 Aprel, 2017

Dünya siyasətinin trend mövzuları sözsüz Birləşmiş Ştatların dörd dövlətə açıq təzyiqlərə başlamasıdır. Həftə ərzində Vaşinqton Rusiya, Suriya, Şimali Koreya və İranı aşkar təhdid etməyə başlayıb. Ağ Evdən  verilən hər açıqlamadan yeni müharibənin qoxusu gəlir. Dövlət katibi Tillerson İranın ünvanına saysız-hesabsız ittihamlar irəli sürüb, Şimali Koreya problemini birdəfəlik həll edəcəyini deyib, Rusiyanı Əsəd rejiminə və deməli terrorçuluğa dəstək verməkdə ittiham edib, Suriyaya isə növbəti raket zərbələri endirib. Ağ Evin müharibə qoxusu gələn bu bəyanatlarının arxasında hansı pərdəarxası məqamlar dayanır. Üçüncü dünya müharibəsinin başlaması ehtimalı realdırmı? Gərginliyin artması hansı nəticələrə gətirib çıxaracaq? APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bu mövzu ətrafında ciddi fikir mübadiləsi aparılıb.

 

 “Oğuz” Müstəqil Araşdırmaçılar Mərkəzinin rəhbəri, politoloq Vüqar Zifəroğlunun sözlərinə görə Tillersonun İranın ünvanına söylədiyi 9 maddəlik bəyanat əslində ABŞ üçün yeni bir şey deyil: "Daha çox problemlərin həllinə yönəlmiş bir görüntü yaranırdısa, Tramp administrasiyası dövründə fərqli addımların şahidi oluruq. Sanki ABŞ əvvəlki xəttinə qayıtmaq niyyətindədir". Suriya məsələsinə toxunan politoloq, ABŞI-ın Əsədə qayıtması və Əsədi İŞİD-dən sonra əsas problem kimi göstərməsini Yaxın Şərqdə güc balansının dəyişməsi ilə izah edir: "Burada biz Rusiya faktorunun qabarmasını göstərə bilərik. Həmçinin İran faktorunu. Amma ABŞ gerilədiyi müəyyən məqamlarda irəliləməyə çalışır".

 

Şimali Koreya məsələsinə toxunan politoloq ilk növbədə belə hesab edir ki, onsuzda üçüncü dünya müharibəsinin ərəfəsindəyik: “Bir ölkənin ərazisində 60-dan yuxarı ölkənin hərbiçisi savaşırsa, bu artıq onu sübut edir ki, üçüncü dünya müharibəsinin içindəyik. ABŞ kəskin mövqe ortaya qoymaqla itirilmiş zamanları qabaqlamağa çalışır. “Ərəb baharı”ndan sonra Rusiya Yaxın Şərqdə olan hərbi bazalarının əksəriyyətini itirdi. Mən Liviyanı, Yəməni nəzərdə tuturam. Rusiya Suriya ilə Yaxın Şəqrdəki mövqelərini itirdi. Bu gün Əsəd iqtidarının mövqeyi çox yüksəikdir”. V. Zifəroğluya görə Hələbin iqtidar qüvvələrin əlinə keçməsi, yarımqələbədən xəbər verir: “Rəqqa uğrunda gedən mübarizə, vaxtilə Berlin uğrunda müttəfiqlərin apardığı mübarizədən xəbər verir”. Politoloq həmçinin ABŞ-ın Şimali Koreya ilə bağlı atdığı addımların blef olmadığı fikrindədir: “Amma mümkündür ki, Şimali Koreyanın özünün daxilində müəyyən proseslər baş versin. Mümkündür ki, müəyyən çevrilişin, hakimiyyət dəyişikliyinin şahidi olaq”.

 

ABŞ-İran münasibətlərindən bəhs edən V. Zifəroğlunun sözlərinə görə, Əhməd Nejdatın namizədliyinin qeydə alınmaması, İranın ABŞ-a jesti kimi dəyərləndirilə bilər, çünki Əhməd Nejdat Qərbə qarşı sərt mövqeyi ilə seçilir: “Buna görə də mümkündür ki, İran Suriya məsələsində altermativ şiə müxalifətini formalaşdırsın”. 

 

 Politoloq onu da qeyd edib ki, seçkidən öncə verdiyi vədləri yerinə yetirə bilməyən D.Tramp, mövcud balansı ABŞ-ın ənənəvi xarici siyasət xəttini təmin etməklə qorumağa çalışır: “Hamı Amerikanı dünyada ədalətli təmsilçisi hesab edir. Həmçinin ABŞ-la Avropa arasındakı münasibətlərdə də müəyyən üfüqlər açılmış olacaq. Yəni Rusiyanı razı saldığı üçün”.

 

Vaşinqtonla Ankara arasındakı münasibətləri şərh edən politoloqun sözlərinə görə seçkilərdən sonra ABŞ-ın Azərbaycandan sonra Türkiyəni birinci təbrik etməsi, vacib mesaj kimi dəyərləndirilməlidir: “Mümkündür ki, ABŞla Türkiyə arasında indiki vəziyyətdə istiləşmə baş versin. Amma kürd məsələsində ABŞ-ın Türkiyəyə nə qədər güzəştə getməsi sual doğrurur. Bununla belə ABŞ bölgədə Türkiyəyə ehtiyac duyur. Türkiyə isə Yaxın Şərq cəbhəsində konkret addımlar atmağa məcburdur”.  

 

 

 

   

 

 

X

XƏBƏRLƏR
BÖYÜT