Şəkidə canavarlar çobana hücum etdi
17:16 – 21 Aprel, 2017

Şəkidə örüş yerində qoyun otaran çobana canavarlar hücum edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dünən günorta saatlarında rayonun Qudula kəndi yaxınlığında baş verib.

 

Zərərçəkən Bəhram Seyidovun sözlərinə görə, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otaran zaman 5 canavar qəfildən sürüyə hücum edib. Bəhram onları qovmağa çalışıb. Canavarlardan dördü qaçsa da, biri quzunu aparmaq istəyib. O, quzunu canavarın ağzından xilas edərkən canavar caynağı ilə onun döş qəfəsinin ön səthini yaralayıb.

 

Bəhram Seyidova xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.


Hazırda yenidən işinə davam edən Bəhram deyir ki, bu, qarşılaşdıqları ilk belə hadisə deyil. Yırtıcılar tez-tez mal qaraya hücum edir. Həddən ziyadə çoxaldıqları üçün hətta gündüz saatlarında belə hücum etməkdən çəkinmirlər.

 

Kənd sakinləri aidiyyəti qurumlardan tədbir görülməsini istəyirlər.


 

 

X

XƏBƏRLƏR
BÖYÜT