Uzeyir Mehdizadə Canlı Yayımda NƏLƏR DANIŞDI?
18:24 – 25 Aprel, 2017

“Şəxsi həyatım özümə aiddir. Şəxsi münasibətim olmayan insanların şəxsiyyətimlə bağlı sual vermələri məni daha çox narahat edir”.

 

Bu sözləri APA.TV-nin “Show time” verilişində müğənni Üzeyir Mehdizadə deyib. O hesab edir ki, belə sualların efirə heç bir aidiyyəti yoxdur.

 

Müğənni səfərləri çox olduğuna görə efirlərə çıxmağa vaxt tapmadığını da bildirib: “Azərbaycandan kənarda məni yaxşı qarşılayırlar. Bu yaxınlarda Rusiya şəhərlərinin birində konsertim oldu. Ondan əvvəl isə Dağıstanda iki dəfə konsert verdim. İkisi də səs-küylü keçdi”.

 

İfaçı “Əlvida, keçmişim” mahnısının ərsəyə gəlməsindən də söz açıb: “Mayın 19-u ad günümdü. Bu mahnını 25 yaşıma keçəndə yazmışdım. 5 il sonra 30 yaşım olacaq. Geriyə baxanda çox şeyə əlvida deyirik”.

 

Ü.Mehdizadə ünvanına səslənən tənqidlərə də münasibət bildirib: “Tənqid olmalıdır. Amma diqqət eləmək lazımdır ki, kim kimi tənqid edir? Həm də aydınlaşdırmaq lazımdır ki, hansı işimə görə tənqidə tuş gəlmişəm. Bəzən musiqidən anlayışı olmayan adamlar tənqiddən danışırlar. Janrımı bəyənməyə bilərlər, amma tənqid edə bilməzlər. Mənim də bəyənmədiyim janrlar var. Mən ki, o janrları "yaxşı janr deyil" deyib, tənqid etmirəm. Çünki onları da sevənlər var. Hər kəs meyxanaya qulaq asa bilməz. Adam da var ki, heç estradaya da qulaq asmır”.

 

Müğənni onu da bildirib ki, məqsədi Azərbaycandan kənarda da tanınmaqdır: “İstəyirəm  mahnılarım əcnəbi ölkələrdə Azərbaycan dilində eşidilsin. Ərəb ölkələri, Orta Asiya,  eləcə də Qazaxıstan və bir sıra başqa yerlərdə tanınmaq istəyirəm. Repertuarımda dəyişikliklər də olacaq. Müğənninin bir yerdə qalması tamaşaçıları bezdirə bilər".

                           

Verilişin digər qonağı xalq artisti Səməd Səmədov isə deyib ki, ömrünün 35 ilini sənətə həsr edib: “Bu illər ərzində sənətə bir çox insan gəldi və getdi. Dəbdə olmaq ayrı, gündəmdə olmaq ayrı. Mənim 170-ə yaxın mahnım, 12-13 diskim, 20-30 klipim var. Onu bilirəm ki, gündəmdə olmaq üçün ildə ən azı bir dənə hit mahnı oxumaq lazımdır. Faiq Sücəddinov, Eldar Mansurov, Xanım İsmayılqızı, Nadir Əzimov, Siruz Abbasbəyli, Novruz Aslan kimi bəstəkarların mahnılarını oxudum, məni 50% insan tanıdı. Sonra “Nazlı-nazlı yarım” adlı bir ara mahnısı oxudum, hamı məni tanıdı. Bu mahnını Biləsuvarlı Xan Hüseyn yazıb. Məni bütün Azərbaycana bu mahnı tanıtdı ”.  


Xalq artisti tənqidlərə məruz qalmasından da danışıb: “Məni ancaq Əli Mirəliyev tənqid edib. Hamının mənə münasibəti yaxşıdır. Amma sağlam tənqid olmasa, rəqabət də olmaz. Təəssüf ki, bəziləri təhqirə keçir. Təhqirlərə yaxşı baxmıram”.

 

S. Səmədov hazırda gündəmin mövzusuna çevrilmiş olan itlərin toyundan da danışıb:

“Mənim 5 itim var. Hamısı Labradordur, 3-ü böyük, 2-si balaca. Bu cinsdən olan itlər  Rusiya prezidenti Vladimir Putində və ABŞ-ın keçmiş prezidenti Barak Obamada da var. Labradorun balacasını mənə Moskvadan 1000 dollara alıb hədiyyə ediblər. Mən özüm it ilində anadan olmuşam. Bu səbəbdən də itlərə münasibətim yaxşıdır. İtlərimin evi-eşiyi, qulluq edəni də var. Amma heç vaxt itlərimə toy etmərəm”.


Xalq artisti deyib ki, bir ara oğlu Anar müğənni olmaq istəyib. Disk də buraxıb. Amma S. Səmədov qeyd edib ki, oğlunun və nəvələrinin onun yolunu davam etdirməsini istəyib. İndi oğlunun Moskvada biznesi var.

 

X

XƏBƏRLƏR
BÖYÜT