Qanunsuz quraşdırılan yol nişanları və qayda pozan sürücülər
14:15 – 28 Aprel, 2017

Bu gün yol hərəkətində əsas problemə çevrilən amillərdən biri də qanunsuz quraşdırılan yol nişanları və qayda pozan sürücülərdir.  APA TV-nin "Avtoclub" layihəsində bu məsələ ətrafında fikir mübadiləsi aparılıb. 

Yolla üzrə mütəxəssis Zaur Seyidzadə hesab edir ki, kənd və qəsəbələrdə nişan qıtlığı müşahidə olunmaqdadır: "M2 Qazax-Gürcüstan magistralı təzə təmirdən çıxdığı üçün bütün nişanlarla təmin olunub. Amma elə kənd-qəsəbələr var ki, həm işıqlandırma zəif olduğundan, həm də yol nişanı problemi olduğundan, yəni yol nişanları az quraşdırıldığından müəyyən qəzalara zəmin yaranır. Bu kimi məsələlərlə məşğul olan qurumlar yalnız yenicə təmirdən çıxan magistrallarla deyil, eyni zamanda bu kimi yollardakı nişan qıtlığına da nəzər yetirməlidirlər. Bakının kənd və qəsəbələrində də bu problemlər var".

Yol nişanlarına diqqət yetirməyən sürücülərdən bəhs edən Zaur Seyidzadə deyib ki,  istənilən sürücü öz təhlükəsizliyi naminə yolda nişanlara uyğun hərəkət etməlidir: "Bəzi xanım sürücülərimiz var ki, ümumiyyətlə yol nişanlarına fikir vermirlər. Yenicə avtomobil idarə etməyə başlayan elə vətəndaşlar var ki, yol nişanlarına sanki dırnaqarası baxırlar. Elə bil öz idarə etmələrini əsas götürürlər yəni mən belə sürürəm, belə də olmalıdır. İstər şəhərdaxili, istərsə də kənar yollarda bu kimi halların çox şahidi oluruq. Lazım olmayan yerdə qəza işıqlarını yandıraraq avtomobilini saxlayan sürücülər var. Bu da nəqliyyat axınında problemlər yaradır. Və ya hər hansı parkinqdə, xanım sürücü öz nəqliyyat vasitəsini arxadan gələn avtomobil axınını nəzərə almadan geriyə doğru hərəkət etməklə dayanacaqdan çıxmağa çalışır".

Zaur Seyidzadənin sözlərinə görə elə məqamlar olur ki, sürücü qaydanı  pozmaq məcburiyyətində qalır: "Bir birinə zidd və ya səhv quraşdırılan nişanlar, bunlara ziddiyyət təşkil edən parkomatlar. Bir də görürsən ki, hardasa bir ay müddətində avtonəqliyyat vasitəsi idarə etməyə başlayan bir sürücü deyir ki, DYP məni üç dəfə saxlayıb və cərimə tətbiq edib. Səbəbini soruşursan, məlum olur ki, dayanma-durma qaydasını həqiqətən də pozduğu üçün cərimə olunub. Qayda pozuntusuna gəlincə bunun müxtəlif səbəbləri olur. Bir də görürsən qarşıda hərəkət edən avtomobili idarə edən sürücü üzündən və s. Praktikada da müşahidə olunur ki, DYP əməkdaşları sırf yol hərəkəti təşkili ilə məşğuldur və sürücünün qayda pozuntusuna reaksiya verir. Yəni DYP avtomobil sahiblərini səbəbsiz yerə cərimə etmir". 

X

XƏBƏRLƏR
BÖYÜT