Banklarla müştərilər arasında nə baş verir? Bank müştəri çəkişmələri
17:25 – 28 Aprel, 2017

Banklarla müştərilər arasındakı münasibətlər gündəmin müzakirəyə səbə olan məsələlərindən biridir. Əslində nə baş verir? Doğrudanmı banklar müştəriləri ilə düzgün münasibət qura bilmir, onları müqavilələrdə göstərilməyən borc öhdəliklərinə sövq edirlər? Ümumiyyətlə Azərbaycanda banklar müştərilərə əlavə borclar yazırmı?  Vətəndaşları bu məsələdə narazı salan məqamlar nədən ibarətdir?
Bankların kompüter şəbəkəsi yanlışlığa yol verə bilərmi? Narazı vətəndaşlar hansı instansiyalara müraciət etməlidirlər? APA TV-nin “Bizim həftə” layihəsinin növbəti buraxılışında bu suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

İqtisadçı-ekspert Samir Əliyevin hesab edir ki, müştəri kredit ödənişini müqavilədə göstərilən vaxtda ödəməlidir: “Bəzən biri sosial şəbəkədə yazır ki, mənim 5 qəpiyim qalıb, bank deyir ki, gəl onu ödə. Belə çıxır ki, bank mənim 5 qəpiyimə qalıb? Amma burada əslində məntiq var. Çünki o 5 qəpiyin üzərinə sabah faiz gəlir”. S. Əliyev banklar tərəfindən sui-istifadə hallarının da olduğunu istisna etmir: “Bəzən banklar insanları məhkəmə ilə qorxudurlar. Bu həm müştəri, həm də banklar üçün pis ola bilir. Banklar krediti geri almaq üçün xüsusi adamlar təyin edirlər ki, bu da onun fəaliyyətinə mənfi təsir göstərir”.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə müştərilər bəzən bank mütəxəssirləri ilə emosional danışaraq, qarşısındakı insanı sona qədər dinləyə bilmirlər: “İnsanların yanaşması daha sərt olur. Banka qarşı daha hallarda düşmən kimi yaşamaq olur. Əsəb yaşayan insan evinə gəlir və ailəsinin üstünə düşür. Burada artıq bir insanın stresindən deyil, bütöv bir ailədən söhbət gedir. Burada bütün ailə əziyyət çəkir. Heç kim heç kimin nə pulunu yeyəsidir, nə də alasıdır. Bank pulumu aldı, verməyəcək düüşncəsi yaranıb insanlarda”. V. Rəşidova onu vurğulayıb ki, hər şey məsələyə yanaşmaqdan asılıdır: “Qarşıda əyləşən mütəxəssisə mütəxəssis kimi yanaşmalıyıq. Soyuqqanlı olmalıyıq”.

Hüquqşünas Əkrəm Həsənov söyləyib ki, Azərbaycanda vətəndaşların intensiv şəkildə kredit götürməsi, son beş ilə aiddir: “Problemin kökü də odur ki, banklarln vəziyyəti pisləşib. Bank görəndəki müştəri ödəyə bilmir, bu zaman istəyir ki, ödəyə bilən müştərilərdən daha çox pul yığsın. Bunu belə əminliklə deyirəm”. Ə.Həsənovun iddia edir ki, banklar krediti ödəyə bilməyən müştərilərə güzəş et edirlər: “Faizləri də silirlər, cəriməni silirlər. Hətta son vaxtlar dollarla götürülən krediti sərfəli kursla milli valyutaya çevirirlər ki, vətəndaş borcu ödəsin. Amma bunu görən başqa müştəri də başqasına edilən güzəşti tələb edir”. Hüquqşünas onu da bildirib ki, borc müqaviləsinin vaxtl bitdikdən sonra bank 3 il müddətinə məhkəmədə borcun ödənilmədiyi barədə iddia qaldıra bilər: “Müştərilər ən azı üç il müddətində qəbzləri özlərində saxlamalıdırlar”.

Samir Əliyev bank rəhbərliyə müştəri arasındakı etibar məsələlərinə toxunaraq, maliyyə ombudsmanı institutunun yaradılması təklifini irəli sürüb: “Bizdə məhkıməyə qədər bankla müştəri arasındakı narazılığı tənzimləyən institut yoxdur. Xaricdə belə məsələlərə maliyyə ombudsmanı baxır. Kimin bu sahə üzrə şikayəti varsa, ona müraciət edir. Onlar pulsuz xidmət göstərirlər. Sonra mediator haqqında qanun olmalıdır. Bu mexanizmlər olmadığı üçün etimad məsələsi ortaya çıxır. Hər müştəriyə fərdi münasibət olmalıdır. Müştərilərin hüquqları kifayət qədər genişlənməlidir”.

Vəfa Rəşidova bank borclarına görə intihar edənlərlə razı deyil: “İnsan var ki, milyonlarla borcu var, amma intihar edənənin borcu ondan azdır. İntihar edən edəcək. Biz burada birinci genetikaya baxmalıyıq. Bu o demək deyil ki, banka borca görə oldu. İntiharın səbəbləri intihara meyllilikdir”.  

Əkrəm Həsənov bildirib ki, təcrübə göstərir ki, məhkəmələr daha çox bankların xeyrinə qərar çıxarmağa meyllidir: “O məhkəmələrdə belə deyirlisə borcum düzgün hesablanmayıb. Məhkəmə mühasibatlıq ekspertizasını təyin edir. Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutu məsələni araşdırır”.  Ə. Həsənov onu da qeyd edib ki, yaxşı olar ki, borcu bağlayan vətəndaşlar bankdan borcun olmaması barədə arayış tələb etsinlər: “Vətəndaş həmin arayışı alsa, o borcu ödəməli deyil”.

 

  

 

X

XƏBƏRLƏR
BÖYÜT