Prof. Dr. Mehmet Hakkı Alma: “İğdır Universitetinin hədəfi Azərbaycanla əlaqələri genişləndirməkdir”
15:19 – 01 May, 2017

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əlaqələr genişlənməkdədir. Türkiyədə təhsil almaq çox populyardır. APA TV-nin "Panoram" layihəsində Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma İğdır Universiteti ilə Azərbaycanın əlaqələrindən danışıb.

 

Mehmet Hakkı Alma bildirib ki, hazırda yeddi fakültəsi olan İğdır Universitetində 6000 nəfər tələbə təhsil alır: "Amma əmsal baxımından tələbələrimizin sayı bir qədər azdır. Mənim planım budur ki, bunun sayını yaxın dörd il ərzində 15.000-ə qədər çəkməkdir. Sport kompleksimiz, iki ədəd avtobusumuz var".

 

Naxçıvan-İğdır əlaqələrinə toxunan rektor bildirib ki, Naxçıvanla rəhbərlik etdiyi Universitet arasında tələbə mübadiləsi proqramı mövcuddur: "Naxçıvanla protokollar imzaladıq. Bu yaxınlarda Bakıda keçirməyi planlaşdırdığımız 4-cü Türk Dünyası Kimya Konqresini Naxçıvanda da keçirmək barədə danışıqlar apardıq. Birinci belə konqresi Bosniyada, ikinicsini Makedoniyada, üçüncüsünü isə bu ilin sentyabr ayında Bakıda edirik. Naxçıvan xoşumuza gələn bir şəhər oldu. Məncə İğdırın Naxçıvandan örnək alması lazımdır. Naxçıvanın rəhbəri belə bazar günü iməcliyə gəlir. Xüsusilə günəş enerji panelinin olmasını bəyəndik. İğdırda da belə bir sistem etmək istəyirik. İğdır Naxçıvanın bir məhəlləsi kimidir". Rektorun sözlərinə görə münasibətlərin inkişafında İğdır Universitetinin hədəfi Naxçıvan olacaq. Mehmet Hakkı onu da qeyd edib ki, İğdırda iki il oxuyan tələbə, iki il müddətində ABŞ-da təhsil ala bilir: "Biz gələcəkdə bunu Azərbaycanla etmək fikrindəyik. Bir millət, iki dövlət fikrindən çıxış edərək". Rektor İğdırla Azərbaycan əlaqələrinin ildən-ilə genişləndiyindən məmnunluğunu bildirib: "Əslində İğdır Universitetinin hədəfi Azərbaycanın bütün şəhərləridir. Tək Naxçıvanla kifayətlənməyəcəyik".

 

Turizm və incəsənət ixtisasları üzrə təcrübə mübadiləsinin vacibliyindən bəhs edən Mehmet Hakkı Almanın sözlərinə görə İğdır Universitetinin bu sahədə Azərbaycan ehtiyacı var: “Xüsusilə konservatoriya şöbəsi açmaq istəyirik. Turizm fakültəmiz var, o da tam deyil. Bu məsələdə müəllim-tələbə mübadiləsini müzakirə edəcəyik”.

 

Mehmet Hakkı Alma nə üçün azərbaycanlı tələbə İğdırı seçməlidir sualına cavab olaraq cavanlandıran Mehmet haqqı  bildirib ki,  ləhcə, mədəniyyət, gəlib getməsi baxımından daha asandır: “İğdır Universiteti doğrudan da 4 ölkəyə qonşu bir univerditetdir. Eyni zamanda İğdırla Azərbaycan arasında qohumluq var”. Rektor İğdırın ildən-ilə daha da inkişaf etdiyini bildirib.

 

Mehmet Hakkı Almanın sözlərinə görə iş adamları getdikcə İğdıra maliyyə yatırımları etməkdədirlər ki, bu da bölgənin imkanlarını genişləndirir, infrastrukturu yüksəldir. “Şagird sayı artdıqca, imkanlarla bağlı tələblər öz həllini tapmış olacaq”. Rektorun sözlərinə görə, müşəlikdə yeni kampus, torpaq, su və qida üzrə ən böyük laboratoriya, duz terapiyası sanatoriyası qurulmaqdadır.

 

Kənd təsərrüfatı sahəsində geniş təcübəyə malik olduqlarından bəhs edən rektor, universitetdə bununla bağlı ixtisasların olduğunu söyləyib: “Günəş paneli sistemləri və külək enerji sistemləri çox vacibdir. Bir də ağıllı evlər quracağıq. Evin içi isti-soyuq su ilə, küləklə qidalanan bir sistemdir. Bununla da enerji itkisinin qarşısını alacağıq. Türkiyədə enerji itkisinin əsasə səbəbi düzgün olmayan izolyasiyadır”. Rektorun sözlərinə görə həyata keçirilən layihələrin əsas məqsədi kənd və şəhəri bir araya gətirməkdir: “Biz torpağı analiz edib, onun yararlı olub-olmadığını sahibkara bildirəcəyik”.

 

İnşa ediləcək kampusun meşənin içərisində olacağını söyləyən Mehmet Hakkının sözlərinə görə bu layihədə həm kənd, həm də şəhər bələdiyyəsi tərəfindən dəstək aldıqlarını söyləyib.

 

Rektorun sözlərinə görə yaxın dörd il ərzində Universitetlə Bakı, Naxçıvan və Gəncə arasında sazişlər imzalanacaq: “Bu müstəvidə sosial biliklərə üstünlük verəcəyik. Həmçinin Bakıdakı səhiyyə mütəxəssisləri ilə sıx əıməkdaşlığımız olacaq”. 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT