Namiqin oxşarı canlı yayımda Aygünü BİABIR ELƏDİ
18:24 – 02 May, 2017

“Ağakərimin vəziyyəti yaxşılığa doğru gedir. Ancaq hələ ki, media qarşısına çıxmasına razı deyiləm”.

Bunu APA TV-nin “Show time” verilişində meyxanaçı Ağamirzə son vaxtlar səhhətində problem yaranmış sənət dostu barədə danışarkən deyib: “Bu yaxınlarda özü ilə telefonla danışdım. Yavaş-yavaş yaxşılığa doğru irəliləyir. Özümüz də belə məsləhətə gəldik ki, hələ ki, mediaya müsahibə verməsin. Biz də rəva görmürük ki, bu vəziyyətdə görünsün. Bir az özünə gəlsin, daha sonra müsahibə verər”.

 

Söz ustası daha sonra meyxananın inkişafı barədə danışıb: “İndi Azərbaycanda meyxana çox gözəl yerdədir. Yaxşı cavan meyxana deyənlərimiz var. Onların sayı çoxdur, adlarını sadalasam, vaxt çatmaz. İndi birinin adını çəkib, digərininkini çəkməsəm, sonra problem yaranacaq".

 

Daha sonra verilişin digər qonağı Vasif Əzimov mövzu ilə bağlı fikirlərini bölüşüb: “Şükürlər olsun ki, indi meyxana yüksək səviyyədədir, meyxanaya televiziyaların da qapısı açıqdır. O qadağa vaxtlarını Ağa görüb, biz yox. Loru dildə desək, biz indi yağın, qaymağın içinə düşmüşük. Ağanın timsalında bütün ustadlarımızın qarşısında baş əyirəm”.

 

Ağamirzə bildirib ki, hər adamla efirə çıxmır: “Müğənnilər düz edirlər. Hər adamla efirə çıxmırlar. Məsələn, bu gün qonağınız Vasifdir, ola bilərdi, burada elə bir adam görərdim ki, verilişi yarımçıq tərk edərdim".

 

V.Əzimov isə bəzilərinin meyxananı diriltdiklərinə dair iddialarına münasibət bildirib: “Meyxana ölmüşdü ki, dirildələr də? Ustad meyxanaçılarımız yetərincədir və onlar bu sənət üçün çox şeylər ediblər. Meyxananı bugünkü səviyyəyə qaldırıblar. Qadağalara baxmayaraq meyxana hər zaman yaxşı olub".

 

Ağamirzə bildirib ki, hər yerindən duran meyxanaçı ola bilməz: “Biz heç kimə meyxanaçı olmaq qadağası qoymamışıq. Siz kənd toylarına getsəniz, görərsiniz ki, neçə-neçə cavanlar meyxana deyir. Bir ildən sonra görürsən ki, onların 90 faizi sənətdə yoxdur. Əlbəttə hər yerindən durana meyxanaçı demək olmaz. Bunun üçün illərin təcrübəsi, söz, rədif lazımdır. Bədahətən meyxana deyə bilməyənlər çoxdur. Əzbərləyirlər, onların da ömrü çox olmur. Əzbərləri qurtaran kimi, ömürləri də qurtarır. İndi bizə lazım olsa, 20 dənə yaxşı meyxana deyən adamı çox çətinliklə taparıq. Başqaları var, amma biz istəyən səviyyədə deyillər. Biz istədiyimiz meyxananı 20 nəfərdən başqası deyə bilməz".

 

Daha sonra V.Əzimov son dövrlər mahnılarının sevilməsinin səbəbini açıqlayıb: “Bilənlər bilir, bilməyənlər üçün demək istəyirəm ki, mahnılarımı özüm yazıram. Elə olub ki, mahnı beynimə gəlib, dərhal gedib onu studiyada səhərə qədər hazırlamışam. Sadəcə ürəyimə yaxın olan musiqiləri oxuyuram”.

 

Verilişin üçüncü qonağı Elman Məmmədov isə Namiq Qaraçuxurlunun oxşarı kimi təqdim olunmasını istəmir: “Bu söhbətə görə Namiqlə aramız dəydi. Mənim öz sənətim var. Mən demirəm ki, ona oxşayıram. Sadəcə bir balaca oxşarlığımız var. O vaxt Namiq dedi, mən də cavab verdim, aramızda anlaşılmazlıq oldu. O, öz sənətini təbliğ edir, mən də öz sənətimi. Allah hamımızın yolunu açıq eləsin. Namiqin oxşarı kimi təqdim olunanda kompleksə düşürəm". 

 

E.Məmmədov bildirib ki, bir müddət öncə xalq artisti Aygün Kazımova ilə birgə efirə çıxdığına görə peşman olub. Xalq artistinin ona eyhamla “o biri otağa keçək...” deməsi ürəyincə olmayıb: “Kaş o verilişə çıxmazdım. Aygündən o cür söhbət gözləməzdim. O hadisədən sonra verilişi yarımçıq tərk etdim. Ona hörmətim var idi, amma bir balaca ayıb oldu. Yəni, ən azından bizə Azərbaycan xalqı baxır. Bu söhbətin heç yeri yox idi. Ona susmağımla cavab verdim”.

 

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT