Tramp ABŞ prezidenti postundan uzaqlaşdırıla bilərmi? - PREZİDENTİN İLK 100 GÜNÜ
15:42 – 05 May, 2017

Aprelin 29-da ABŞ prezidenti Donald Trampın prezidentliyinin ilk 100 günü tamam oldu. Tramp ilk 100 gündə ən müxtəlif məsələlərlə yadda qalıb, amma bir sahədə liderliyi heç kimə güzəştə getməyib. Tramp hələ də dünya gündəminin şəriksiz lideridir. Gün ərzində dünya mətbuatında Trampla bağlı rəngarəng xəbərlərin yayımlanmadığı çox az gün olub. Bu, Trampın prezidentliyinin ilk 100 gününə jurnalist qiymətidir. APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında 100 günün yekunları müzakirə edilib.

 

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Fuad Çıraqovun sözlərinə görə Donald Tramp hakimiyyətə gəldikdən sonra qatı qütbləşmədən irəli gələn siyasi mübarizə səngimədi: "Mətbuatda gördüyümüz Trampa qarşı tənqidlər, aşağılamalar, pessimist rəylər Trampa qarşı mübarizənin tərkib hissəsidir. Burada maksimal hədəf Trampın vəzifədən uzaqlaşdırılması, minimal hədəf isə Trampın əl-qolunu bağlamaq, onun davranış fəaliyyətini daraltmaq, siyasi sistemin tələbləri ilə oynamağa məcbur etməkdir".

 

Fuad Çıraqov hesab edir ki, ilk 100 gün üçün verdiyi daxili vədlərin demək olar ki, heç birinə nail ola bilməyib: "İctimaiyyət Trampın verdiyi qərarlara qarşı dirəniş göstərə bilir. Bu şərait isə Trampın sosioloji sorğularda reytinqinin aşağı düşməsinə səbəb oldu. Digər ən maraqlı faktlardan biri o idi ki, Tramp "twit" atmışdı ki, Obama prezident seçkiləri zamanı onun danışıqlarını dinlətmişdi. Ən maraqlısı bu oldu ki, FTB bildirdi ki, onlarda bununla bağlı heç bir məlumat yoxdur. Maraqlı faktlardan biri də budur ki, ilk 20 günündə milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flini istefaya göndərməyə məcbur oldu". Fuad Çıraqov hesab edir ki, bu gün Ağ evdə Trampın kürəkəni Cared Kuşner ilə Benon arasında ciddi konflikt və qarşıdurma var: "Bu artıq açıq mübahisələr həddinə qədər bu gəlib çıxır. Ağ evdə Kuşnerin səlahiyyətlərinin durmadan artması, bu fonda digər şəxslər, Banin və Administrasiya rəhbəri Preybusun funksiyaları və vəzifələri get-gedə azalmaqdadır. İlk vaxtda bir-birinə rəqib kimi görünən Benon və Preybus bu şəraitdə ittifaqa girməyə məcbur olublar".

 

Politoloqun fikirlərinə görə  belə görünür ki, xarici siyasətdə Donald Tramp Dövlət Departamentinə az əhəmiyyət verir: "Artıq 2300 şəxsin vəzifədən ixtisarı gözlənilir. Dövlət Departamentinin büdcəsinin 26% kəsilməsi gözlənilir. Konqres tərəfindən təsdiqlənən vəzifələr hələ də boş qalmaqdadır". Politoloq onu da qeyd edib ki, Tillersonun kifayət qədər təcrübəsi olsa da, bu qabiliyyətin xarici siyasətə transfer olması hələ görünmür: "Şərhçilər göstərir ki, Tillerson bütün günü Dövlət Departamentindəki otağından çıxmır".

 

Fuad Çıraqov hesab edir ki, bir sıra münasibətlərdə Mayk Pens hələ özünü göstərmədiyi üçün bu taktiki vəziyyətdən xəbər verir: "Yəqin ki, bu məqsədli şəkildə seçilmiş bir taktikadır. Bəzən prezidentlər özlərinə müqəvva kimi kölgə, zəif vitse-prezidentləri seçirdilər. Amma Pensdə bu rast gəlinmir. Bu kölgədə durub, vaxtını gözləyən bir adamdır".

 

Politoloq Konqresin Trampa qarşı təzyiqinin ən qabarıq nümunəsini büdcənin müzakirəsi zamanı görə bilərik: "Meksika ilə səddin çəkilməsinə heç bir pul ayrılmadı. Bu Trampın ən böyük vədlərindən biri idi". Fuad Çıraqovun sözlərinə görə aprelin 29-da son tarixə bir neçə saat qalmış Tramp Konqres tərəfindən ona göndərilən büdcə layihəsi imzalamağa məcbur oldu. Konqres Trampa artıq öz iradəsini diktə edə  bilir".

 

Fuad Çıraqov deyib ki, hazırki şəraitdə xaricin siyasətin formalaşmasında daha çox gənc hərbiçilər kömək edir. Fuad Çıraqov onun da əlavə edib ki, Administrasiya hazırda vahid orqanizm kimi formalaşa bilməyib: "Fərqli qruplar var və onlar ortaq məxrəcə gələ bilməyiblər. Hal-hazırda Avrasiya kontinentində ABŞ-ın xarici siyasətinin necə qurulmağı ilə bağlı fərqli fikirlər var".

 

Trampın çıxışından sitat gətirən politoloq, ABŞ-ın Çini maliyyə manipulyasiyalarında ittiham etməyəcəyini söyləyib: "Valyuta məsələsi ABŞ-ın bütün dövrlərdə Çinə qarşı irəli sürdüyü ittiham idi. Çin öz valyutasını məqsədli şəkildə ucuz saxlayırdı. Heç bir administrasiya belə ifadə işlətməmişdi. Bütün bunlar onu göstərir ki, Tramp təzyiqlərə boyun əyməkdədir".   

X

XƏBƏRLƏR
BÖYÜT