Hansı günlərdə və saatlarda dualar tez qəbul olar?
16:20 – 11 May, 2017

Duanın qəbul olması üçün necə dua etməli? Allah kimlərin duasını və qarğışını geri çevirməz?

Ruzini artıran, bəxt açan dualar varmı? Valideynin qarğışı övlada keçərmi? 
Qarğışın 2 başlı olduğu doğrudumu?
Övlad sahibi olmaq istəyirsinizsə, çətinliyiniz varsa, peyğəmbərin bu duasını edin...


“Dua” sözünün mənası çağırış deməkdir. Allah “Qurani-Kərim”də buyurur ki, mənə dua edin, mən də sizin dualarınıza cavab verim. Dua həm də Allaha ibadət deməkdir. Bunun üçün xüsusi qaydalara əməl etməyə, dəstəmaz almağa ehtiyac yoxdur. Bu baxımdan dua rahat ibadət sayılır”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Yaşar Qurbanov "Yaşıl orta" verilişində deyib. O bildirib ki,  duanın ədəbini  bilmək önəmlidi: “ Dua etməyin də ədəbi var. Daha yaxşı olar ki, dua edən şəxs öncə Allaha təriflə başlasın.  Uca Yaradanın gözəl adları var. Onları sadalamaq olar. Bu cür duanın məzmunu da gözəlləşir. Peyğəmbərimiz buyurub ki, qafil qəlbdən gələn duanı Allah qəbul etməz. Gözəldir ki, dua edərkən Allahın nemətlərini yada salasan. Sahib olduğun gözəlliklərə, nemətlərə görə Rəbbinə şükür edəsən. Allah sənə dua qapısını açıbsa, demək ki, sənə xeyir istəyir. O bəndə ki, səmimi qəlbdən, sidq ürəklə dua edir, Allah ona bütün qapıları açır. İnsanların qəlbləri Rəbbi xatırlatmaqla rahatlıq tapar. Dua edərkən Allaha bacardığın  qədər tərif de”.

 

İlahiyyatçı bildirib ki, peyğəmbərin dilindən edilən müstəcəb dualar var: “ Bunlar qəbul olunmuş dualardır. Peyğəmbərimiz duaya gözəl təriflərlə başlayardı. Günümüzə qədər gəlib çatmış həmin duaları hər bir müsəlman da oxuya bilər. Sıxıntı anında edilən xüsusi dualar var. Onlardan ən əzəmətlisi Yunis peyğəmbərin etdiyi zikrdir. Zülmətə düşən Yunis peyğəmbər Rəbbə belə zikr edir: “ Səndən başqa ibadətə layiq heç bir ilah yoxdur. Allahım, sən pak  və müqəddəssən! Mən isə öz nəfsimə zülm etmişəm”. Peyğəmbərimiz deyib ki, kim qardaşım Yunisin duasını edərsə, Allah onu sıxıntıdan qurtarar. Bu duanı sıxıntı  yaşayan hər bir müsəlman edə bilər”.

 

Y.Qurbanov qeyd edib ki, duaya keçməzdən əvvəl peyğəmbərimiz üçün salavat oxumaq da önəmlidi: “ Ən gözəl ədəblərdən biri də  duada israrlı olmaq lazımdır. Rəbbdən israrla istəməli və duada davamlı olmaq lazımdı. Bir sıra insanlar var ki, Allah onların duasını geri çevirməz. Onlardan biri valideyndir.  Ata-ananın bəd duası da övlada keçir. Odur ki, övladın sənə haqsızlıq eləsə də, gərək səbr göstərib, qarğış etməyəsən. İslam valideynə  çox böyük dəyər verir. Allah ayələrdə özündən sonra valideyni qeyd edir. Eləcə də məzlumun, yəni haqsızlığa məruz qalan, zülm edilmiş insanın duası qəbul olar”. 

X

XƏBƏRLƏR
BÖYÜT