Bakı - "İdmanın Məkkəsi"
17:20 – 12 May, 2017

Bakı bu gün "İdman Məkkəsi" olur! İslam dünyasının idmansevərlərinin diqqəti Azərbaycanın paytaxtına yönəlib. Bu axşam Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin bu günkü buraxılışının müzakirə mövzusu İslamiadadır. 

 

Kinorejissor Şeyx Əbdül Mahmudbəyov hesab edir ki, bu gün islam ölkələrinin Azərbaycana gətirdiyi idman oyunlarının hamısı vaxtilə Azərbaycandan gedənlərdir: "Onlar hamısı bizim törəmələrimizdir. Hər bir oyun özü də idmandır. Bütün sivilizasiyalar burada formalaşıb gedib. Mahiyyət, gen baxımından bunların hamısı bizə məxsusdur".

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov söyləyib ki, bu gün azan Məkkə ilə yanaşı Bakıdan veriləcək: "54 ölkə, 3000 idmançı, 1000-dən çox rəsmi qonaqlar və 1 milyard 300 milyonluq teleauditoriya, 21 idman növü... Bunlar arasında olimpiya, qeyri-olimpiya, paralimpiya növləri. Eyni zamanda 4 qitə bu oyunlarda iştirak edir. İştirak etməyən 3 ölkədən biri, Küveyt ümumiyyətlə olimpiya hərəkatından uzaqlaşdırılıb. Sudan çox böyük çətinliklər yaşayır, dövlət olaraq. Liviyanın bir nümayəndəsi gəlib, amma hələ yarışlara hazır deyil" Raqif Abbasov İslamiada ilə bağlı hər hansı yeni kompleksin inşa olunmadığını, bütün arenaların Avropa oyunlarından miras qaldığını söyləyib. R. Abbasov onu da qeyd edib ki, Azərbaycan bu açılışda dünyaya mesajlar verəcək.

 

Ə.Mahmudbəyoun sözlərinə görə təəssüf ki, elə müsəlman dövlətləri də var ki, hələ də Ermənistanın Azərbaycana qarşı təcavüzünü, Xocalı soyqırımını tanımayıblar. Bu baxımından Ə.Mahmudbəyov Pakistanın Azərbaycan qarşı nümayiş etdirdiyi ədalətli mövqeyi alqışladığını bildirib.

 

Xalq artisti Fidan Hacıyeva söyləyib ki, artıq xaricdə Azərbaycan deyəndə istedadlı mədəniyyət xadimlərimiz, tanınmış idmançılarımızın adları çəkilir: "Artıq Azərbaycan musiqisini bütün ölkələrdə çox gözəl qarşılayırlar".

 

Oyunlara yeni idman növlərinin əlavə edildiyini vurğulayan Raqif Abbasov bu məsələyə aydınlıq gətirilib: "Zorxana idman növünün min illik tarixi var. Amma ilk dəfə zorxana kompleks idman yarışlarına daxil oldu. Biz Uşu və karate idman növlərini ona görə seçdik ki, dünyanın bir nömrəli uşu ustası Rafael Ağayevdir. Bu gün biz komanda idman növünü seçmişik. Bu gün həndbolçu qızlarımız artıq yarımfinala çıxdı. Biz həmçinin paralimpiyaçıları seçmişik". Raqif Abbasov onu da qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi yumşaq gücün nümayişidir.

 

İslam Həmrəyliyi Oyunlarında Azərbaycan tərəfindən çıxış edən legioner idmançılar məsələsinə toxunan Ə.Mahmudbəyov hesab edir ki, bu məsələdə dünya təcrübəsi əsas götürülməlidir: "Əgər dünya praktikasında bu varsa, biz niyə bunu etməyək?"

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib ki, İslam Həmrəyliyi Oyunların keçirilməsi Azərbaycanın idman ölkəsi olaraq tanınması deməkdir. Ə.Amaşov bildirib ki, islam ölkələrini islam dəyərləri heç də həmişə maraqlandırmayıb: "Suriyada, İraqda baş verən hadisələr Avropada islamofobiya deyilən anlayışın meydan gəlməsi, faşizmin yavaş-yavaş baş qaldırmasına qarşı islam ölkələri birləşərək müqavimət göstərə bilər. İslam ölkələrində özümüz haqqında geniş məlumat vermək üçün istifadə etməliyik".

 

Fidan Hacıyeva həyat yoldaşı ilə birlikdə boksa baxmaq istədiklərini qeyd edib: "Mənim bir tələbəm var, həm boksçudur, həm də solistdir".

 

Şeyx Əbdül Mahmudbəyov bu yarışların milli kimliyimizi ortaya qoymaq baxımından zəruri olduğunu bildirib: "Sivilizasiyaların yaranmasında Azərbaycan xalqının böyük xidmətləri var. O ki qaldı hansı oyunlara baxmaq istədiyimə, mən top oyunlarına baxacağam".

 

Raqif Abbasov paralimpiyaya daha çox üstünlük verəcəyini söyləyib: "Azərbaycanın gözünü itirmiş vətəndaşı da səcdə edib, Xankəndində bayrağımızı sanca bilər".  Açılış mərasimində milli mədəni, tarixi dəyərlərin üstünlük təşkil edəcəyini söyləyən Raqif Abbasov, burada bəşəriyyəti gələcək bəlalardan xilas edəcək elementlərin olduğunu da vurğulayıb

 

Əflatun Amaşov isə zorxanaya hədsiz maraq bəslədiyini və mütləq şəkildə gedib baxacağını bildirib.        

 

 

X

XƏBƏRLƏR
BÖYÜT