Xidmətimiz və mətbəximiz: nələr var, nələr yox?
17:30 – 15 May, 2017

Hər bir ölkədə keçirilən tədbir, həmin ölkənin mədəniyyətinin, adət-ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan bu günlərdə Bakıda keçirilən  IV İslam Həmrəyliyi Oyunları da mühüm əhəmiyyət kəsb edir. Bəs İslam Həmrəyliyi Oyunlarına gəlmiş qonaqlara biz nəyi göstərməliyik: mədəniyyətimiz, tariximizi, maddi abidələrimiz? Bunların sırasında mətbəximiz və onu necə təqdim etmək var. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində Azərbaycan mətbəxi və bu istiqamətdə göstərilən xidmətlərdən danışılıb.

 

Kulinar Mübariz Vəliyev hesab edir ki, son günlər Oyunlara gəlmiş qonaqlarla əlaqədar şəhər restoranlarında əcnəbi mətbəxin təqdimatı, ərəb musiqilərin səslənməsi heç də düzgün addım deyil: "Buna heç də yaxşı baxmıram. Bəzilərindən də soruşursan nə var, cavabında lülə, tikə, baxdırma deməklə kifayətlənir. Buna görə də tarixi mətbəximizi modern mətbəxə gətirmək lazımdır. Bu boşluqları görəndə adam artıq restorana girməyə qorxur".

 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə Birliyə daxil olan şikayətlər arasında üstünlük təşkil edən problem, qonaqların düzgün, adekvat qarşılanmamasıdır: "Qonaqları qarşılayan gülərüz olmalıdır. İkincisi istehlakçı, divarın o tərəfində, mətbəxdə nə baş verir, onu görmək istəyir. Ona görə də bir çox yerlərdə mətbəxi monitorlarla izləmək imkanı yaradılıb. Bir də rəy və təkliflər kitabı. Bu da Azərbaycanın restoran şəbəkəsində çatışmazlıqlardandır".

 

Yazar Cəlil Cavanşir bildirib ki, bütün restoranlarda standart yeməklər təklif olunur: "Menyuda qeyri-adi yemək tapsan belə, sonradan bəlli olur ki, bu yeməyi bu restoranda hazırlamaq mümkün deyil. Modern görünüşlü restoranlarımızda isə daha çox Avropa mətbəxinə üstünlük verilir. Məsələn türk mətbəxindən danışanda üç yemək saya bilərlər. Dönər saya bilərlər, isgəndər dönəri saya bilərlər, bir də başqa hansısa salatın adını saya bilərlər. Amma türk mətbəxinin özü də zəngindir. Nə qədər qonaqlara kabab, lülə-kabab bozbaş təqdim edəcəyik? Zəngin mətbəx var". Cəlil Cavanşir həmçinin restoranlarda qiymətlərin süni şəkildə qaldırılmasını vurğulayıb.

 

Mübariz Vəliyev bu yaxınlarda şəhərdəki restoranların birinə qonaq kimi getdiyini və menyularda yeməyin kəmiyyəti ilə bağlı uyğunsuzluqların olduğunu bildirib: "Bişmiş və çiyi çəkisi və kalorisi yazılmalıdır. Müştəri bilməlidir ki, nəyə pul verməlidir".

 

Gənc bəstəkar İlahə Qismət yerli ətin dadlı olduğunu və əcnəbilərin onu bəyəndiklərini söyləyib: "Məsələ ətin dadındadır. Məncə burada problem həm də təhsildədir. Ərəblərə milli mətbəxi təqdim etmək lazımdır. Yəni mən xaricə gedib, Azərbaycan mətbəxini görəcəyəmsə, onda bunun hansı fərqliliyi oldu?".

 

Eyyub Hüseynovun isə başqa ölkələrə gedəndə milli mətbəxin axtarışında olduğunu söyləyib: “Bununla belə əlbəttə ki, fərqlilil olmalıdır”. Bununla belə Eyyub Hüseynov Azərbaycanın restoran biznesində son dövrdə irəliləyişlər olduğunu bildirib: “İctimai iaşə sahəsində irəliləyiş var. Amma sanitariya məsələlərində problemlər hələ də qalmaqdadır. Məsələn bəzi restoranların sanuzellərində əl-üz üçün dəsmala rast gəlmirsən”.

 

Təhsil məsələsinə münasibət bildirən Mübariz Vəliyev, aşpazların standartları öyrənməli olduğunu bildirib: "Aşpazlıq sənət deyil, sənətkarlıqdır. Mən özüm Azərbaycanda heç I dərəcə almamışam. Məsələn sac yeməyi sifariş edirsən. Sac nədir? Türk dünyasında heyvandarlıqla məşğul olanlar dağa çıxanda onu atın, uzunqulağın belinə bağlayıb lavaş bişirərdi, təsrinə çevirib sac bişirərdi". Mübariz Vəliyevin sözlərinə görə bu gün sac yeməyi tamamilə fərqli şəkildə təqdim olunur ki, bu da əsl sacdan fərqlənir.

 

Cəlil Cavanşirin sözlərinə görə bəzi restoranlar yeməyi müştəriyə təqdim etmək prosesində aldadırlar: “Hətta turistlərə belə bir manatlıq şey beş manata satılır”.    

 

     

X

XƏBƏRLƏR
BÖYÜT