Ölkədaxili yollarda maksimal və minimal sürət həddi necə müəyyən olunub?
15:58 – 16 May, 2017

APA TV-nin "Avtoclub" layihəsinin növbəti buraxılışında  ölkədaxili yollarda maksimal və minimal sürət həddinin müəyyən edilməsindən danışılıb, dəvət edilən yollar üzrə ekspert, həmçinin BDYP-nin Siqnal idarəsinin rəisi canlı yayımda sualları cavablandırıblar.  

Verilişinh qonağı, yollar üzrə mütəxəssis Zaur Seyidzadənin sözlərinə görə şəhərdaxili yollarda sürət hədləri, həmin küçələrin uzunluğu, eni və digər küçələrlə kəsişmələrinə görə müəyyənləşdirilir: "Sürət həddi digər nişanlar kimi ilk kəsişməyə qədər yox, ümumiyyətlə, böyük bir ölçüdə nəzərdə tutulur. Məsələn, Nobel prospektində Neftçilər prospektindən üzü Nargilə dairəsinə doğru olan istiqamətdə sürət həddi saatda  60 km müəyyən edilib. Nargilə dairəsini keçdikdən sonra üzü Zığ istiqamətində, beton yol istiqamətində sürət həddi artıq saatda 60, 80 km müəyyən edilib. Ziya Bünyadov prospektində təmir-rekonstruksiya işlərindən sonra əsas yolda sürət həddi saatda 90 km, həmin yolun digər küçələrlə, məsələn, Əhməd Rəcəbli, Əliyar Əliyev, Ələsgər Qayıbov, kəsişmələrində isə saatda 60 km müəyyən edilib. Doğrudur, şəhərin bir çox yerlərində sürət həddi nişanı olmayan hissələr də mövcuddur". Z. Seyidzadə onu da vurğulayıb ki, sürət həddi nişanı olmayan yerdə belə, şəhərdaxili yollarda sürət həddi saatda 60 km müəyyən edilib.

Verilişə telefon bağlantısı ilə qoşulan BDYP-nin  Siqnal idarəsinin texniki şöbə rəisi Şahin Həsənov bildirib ki, paytaxtın müəyyən küçə və prospektlərində tətbiq edilən fərqli və aşağı sürət hədləri Bakıda, Azərbaycanda keçirilən IV İslam Həmrəylik oyunları il bağlıdır: "Bu müvəqqəti xarakter daşıyır. Oyunlar bitdikdən sonra əvvəlki sürət hədləri bərpa ediləcək". Şahin Həsənov bəzi magistral yollarda nişanların sınması, itməsi, hətta ətraf yaşayış məntəqələrindən kənarda 1.4 nişanlama xətlərindən kənarda, qrunt yollarda kənd sakinlərinin axının əksinə hərəkət etməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə həmin avtomobillərin ora daxil olmasının qarşısını almaq üçün “Hərəkət qadağandır” nişanını tətbiq etmək olar: "Bununla da əhalinin sıx məskunlaşdığı ərazilərdə yük avtomobillərinin hərəkətini qadağan etmək olar".

Yusif Səfərov küçəsində sürət həddinin dəyişdirilməsi ilə bağlı aparıcının sualını cavablandıran Şahin Həsənov, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının  32 saylı qərarı əsasında sürət həddinin saatda 80 km müəyyənləşdirildiyini və həmin nişan da quraşdırıldığını bildirib: "Artıq Yusif Səfərov küçəsindən Babək prospektinin qurtaracağından Afiyəddin Cəlilov küçəsinin kəsişməsinədək olan ərazidə hər iki istiqamətdə sürət həddi 80 km müəyyən olunub. Yolun genişləndirilməsi, zolaqların çoxalması və orada tıxacların olmaması məqsədi ilə sürət həddi artırılıb. Həmin ərazidə yəni Yusif Səfərov küçəsində hazırda  nizamlanmayan piyada keçidi yoxdur. Amma yeraltı piyada keçidi var".

Yollar üzrə mütəxəssis Zaur Seyidzadə də Yusif Səfərov küçəsindəki vəziyyətə münasibət bildirib. Onun sözlərinə görə həmin hissədə indiyədək sürət həddi saatda 60 km olub, sadəcə yol, təmir-rekonstruksiyadan çıxdıqdan sonra orta hissə çox kiçildildi: "Bundan başqa genişləndirilmə işləri aparıldı. Yolun eni genişləndi və zolaqların sayı artdı. Bu zaman nəqliyyat vasitələrinin axını da nizamlanlandı. Sürət həddi də ona görə artırıldı ki, o hissədən Heydər Əliyev prospektinə doğru daxil olduqda, orada  sürət həddi 80-90-100 müşahidə olunur. Yəni birdən birə 60-dan 90-na deyil, 60-dan 80-nə keçilir. Küçənin şəraiti sürət həddinin artırılmasına təsir edir. Belə məsələlər sözsüz ki, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən nəzərə alınaraq həllini tapır. Sürəti hədlərinin fərqli olması küçənin coğrafi mövqeyindən, küçənin təzə təmirdən çıxıb-çıxmadığından, enindən nəzərə alınır".

 

X

XƏBƏRLƏR
BÖYÜT