Boksda ilk qızıl medal Cavid Çələbiyevdən gəldi
18:33 – 18 May, 2017

Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarının final görüşləri keçirilir.

 

APA TV-nin məlumatına görə, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Cavid Çələbiyev final döyüşündə İraq təmsilçisi Kərbəlayi Ammar ilə üz-üzə gəlib.

 

Hər üç raundu yüksək səviyyədə keçirən Çələbiyev rəqibini məğlub edərək qızıl medal qazanıb. Bununla da Azərbaycanın boks yığması IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı hesabına yazdırıb.

 

Cavid Çələbiyevə qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib. 

X

XƏBƏRLƏR
BÖYÜT