Lənkəranda ərzaq mağazasına basqın oldu
19:25 – 18 May, 2017

Lənkəranda ərzaq mağazasına basqın olub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Məhəmmədhüseyn Axund küçəsində, 5 saylı tam orta məktəbin qarşısında qeydə alınıb.

 

Qəzənfər Məhərrəmova məxsus gündəlik tələbat malları satılan marketə daxil olan şəxs satıcıdan siqaret istəyib. Məhəllə sakini olan, əvvəllər məhkumluq həyatı yaşayan Nicat adlı şəxs kassaya yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla kassiri təhdid edib və kassada olan 550 manat məbləğində pulu götürərək oradan uzaqlaşıb.

 

Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində marketə basqın edən şəxs saxlanılıb. Hadisə anı təhlükəsizlik kamerasına da düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT