Boks yarışları bitdi: 3 qızıl, 3 gümüş, 1 bürünc
20:54 – 18 May, 2017

Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında daha iki qızıl medal qazanıblar. 91 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Teymur Məmmədov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda Türkiyə təmsilçisi Burak Akşinlə qarşılaşan boksçumuz döyüş boyu üstünlüyü əldən verməyib. Yekunda hakimlər Teymur Məmmədovu qalib elan ediblər. Bununla da boksçumuz qızıl medalın sahibi olub.

 

Teymur Məmmədova qızıl medalı Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

 

91 kiloqramdan ağır çəki dərəcəsində mübarizə aparan boksçuların yarışında isə Məhəmmədrəsul Məcidov fərqlənib. Bütün görüşləri uğurla keçirərək finala yüksələn Məcidov həlledici görüşü də uğurla başa vurub. Qızıl medal uğrunda döyüşdə Suriya təmsilçisi Manaf Əsəddən üstün olan Məcidov boks yığmamızın hesabına 3-cü qızıl medalı yazdırıb.

 

Qeyd edək ki, bundan əvvəl 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev də qızıl medal almışdı.

 

Məmmədrəsul Məcidova medalı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev təqdim edib.

 

Bununla da IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına yekun vurulub. Boksçularımız bu yarışlarda 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. 

X

XƏBƏRLƏR
BÖYÜT