Taekvondo yarışları başa çatdı: 6 QIZIL, 2 GÜMÜŞ, 1 BÜRÜNC
21:35 – 18 May, 2017

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları başa çatıb. Yarışların son günündə Azərbaycan taekvondoçuları iki medal qazanıblar. 63 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçuların yarışında təmsilçimiz Məhəmməd Məmmədov yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.

 

87 kiloqramda mübarizə aparan taekvondoçu Ramin Əzizov isə bütün rəqibləri məğlub edərək finala çıxmağı bacarıb. Finalda İran idmançısı Əhməd Məhəmmədi ilə qarşılaşan Əzizov üçün döyüş gərgin keçib. Görüşün sonuna qədər hesabda geri olan Ramin Əzizov son saniyədə vurduğu dəqiq zərbə ilə hesabda önə çıxaraq qızıl medalı təmin edib.

 

Qeyd edək ki, Azərbaycan taekvondoçuları IV İslam Həmrəyliyi Oyunlarında 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 

X

XƏBƏRLƏR
BÖYÜT