ABŞ-da ağır qəza: ölən və yaralananlar var
21:47 – 18 May, 2017

ABŞ-ın Nyu-York şəhərindəki "Times" meydanında yüksək sürətlə hərəkət edən bir avtomobil yoldan çıxaraq səki ilə gedən piyadaları vurub.

 

APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, baş vermiş hadisədə azı 1 adamın öldüyü açıqlanıb. Amerikanın "CBS" televiziyası 20 adamın, yerli təhlükəsizlik xidməti isə ən azı 13 nəfərin yaralandığı xəbərini yayıb.

 

Polis və təhlükəsizlik xidməti bölgəni nəzarətə alıb. Hadisənin terror hücumu, yoxsa yol qəzası olduğu araşdırılır.

 

Hadisədən sonra avtomobildən çıxaraq qaçmağa çalışan sürücü polis tərəfindən saxlanılıb. Nyu-York polis idarəsinin rəsmilərindən biri hadisənin terror hücumu olduğuna dair əllərində kifayət qədər dəlil olmadığını, nəzarətə alınan sürücünün alkoqol testindən keçirildiyini və avtomobili də sərxoş halda idarə etdiyini açıqlayıb.

Sürücünün bundan əvvəl də sərxoş halda avtomobil idarə etdiyi üçün məhkum olunduğu bildirilir.

X

XƏBƏRLƏR
BÖYÜT