İslamiada, 18 may: Medallarımızın sayı 116-ya çatdı
22:32 – 18 May, 2017

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayı 116-ya çatıb. Bunlardan 59-u qızıl, 33-ü gümüş, 24-ü bürüncdür. Medalların sayına görə 1-ci yerdə yenə Türkiyə yığması gedir. 60 qızıl, 52 gümüş və 43 bürünc medal qazanan Türkiyə idmançılarının hesabında ümumilikdə 155 medal var. İran idmançıları 67 medal qazanıblar, bunlardan 16-sı qızıldır. IV İslam Həmrəyliyi Oyunlarında 23 ölkənin idmançıları qızıl medal qazanmağı bacarıb, ümumilikdə isə 34 ölkənin təmsilçiləri medal qazanmağa müvəffəq olublar. 20 ölkənin hesabında isə hələlik medal yoxdur. 

X

XƏBƏRLƏR
BÖYÜT