Pentaqon: "Əsəd quvvələrini müdafiə məqsədilə vurduq"
23:03 – 18 May, 2017

ABŞ Müdafiə Nazirliyi Suriyanın cənubundakı Tadif bölgəsində Əsəd rejimini vurduğunu bildirib.

APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Əsəd qüvvələrinə əvvəl xəbərdarlıq atəşi açılıb, daha sonra isə ciddi zərbə endirilib. Əməliyyatın məqsədinin bölgədəki ABŞ və Britaniya əsgərlərinin qorunması olduğu açıqlanıb.

Məlumata görə, hava zərbəsi Suriya hakimiyyət qüvvələrinin ABŞ-ın nəzarətində olan ərazilərə doğru hərəkət etməsi səbəbindən endirilib. Hadisə Suriya-İordaniya sərhədi yaxınlığında baş verib.

Suriya rəsmiləri tərəfindən bu açıqlama ilə bağlı hələlik bir şərh verilməyib.

X

XƏBƏRLƏR
BÖYÜT