Yunanıstanda etirazlar: polisə "molotov kokteyli" atdılar
23:59 – 18 May, 2017

Yunanıstanda hökumətin iş qanunları ilə əlaqədar islahat paketi etirazlara səbəb olub. Yeni kəmər sıxma tədbirlərinə qarşı ümumi tətilə gedən həmkarlar ittifaqlarına bu dəfə təqaüdçülər də Afinada təşkil etdikləri nümayişlərlə dəstək verib.

 

APA TV-nin "Reuters"ə istinadən verdiyi xəbərə görə, parlament binası qarşısında baş tutan aksiyalarda gənclərdən ibarət maskalı etirazçı qrupu polisə daş və "molotov kokteyli" atıb, daha sonra binaya daxil olmaq istəyib. Polis də onlara gözyaşardıcı qazla cavab verib.

 

Atılan "molotov kokteyli" Sintqam meydanında prezident qvardiyasına məxsus gözətçi köşkünün yanmasına səbəb olub. Hazırda toqquşmalar parlamentdən bir qədər uzaqlıqda, "Böyük Britaniya" mehmanxanasının yaxınlığında davam edir.

X

XƏBƏRLƏR
BÖYÜT