AB "Facebook"un yalanının üstünü açdı
02:39 – 19 May, 2017

Avropa Birliyi Komissiyası dünyanın ən məşhur sosial şəbəkəsi olan "Facebook"un, mesajlaşma tətbiqi "WhatsApp"ı satın aldığı müddətdə istifadəçilərə səhv və yanlış məlumatlar çatdırması səbəbindən 110 milyon avro cərimə edilməsi barədə qərar verib.

 

APA TV "Euronews"a istinadən xəbər verir ki, Komissiya, 2014-ci ildə birləşmə əməliyyatları əsnasında "Facebook" şirkətinin "WhatsApp" və "Facebook Messenger" istifadəçilərinin fərdi məlumatlarını birləşdirərək istifadə etməyəcəyinə dair rəqabətə nəzarət qurumları qarşısında üzərinə götürdüyü öhdəliklərə riayət etmədiyini üzə çıxarıb.

 

Məlumata görə, "Facebook" 2014-cü ildə "Whatsapp"ı 16 milyard dollara satın aldıqdan sonra istifadəçilərin, telefon nömrələri və adları da daxil olmaqla, bəzi şəxsi məlumatlarını istifadə etməyə başlayıb.

X

XƏBƏRLƏR
BÖYÜT